“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.08.2013, 09:41
1448

Azərbaycan tarixi günbəgün: 21 avqust

A- A+

21 avqust 1991 – Dağlıq Qarabağın Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında sərnişin avtobusunun partladılması nəticəsində 2 azərbaycanlı həlak olub, 10 nəfər yaralanıb...

 

21 avqust 1991 – Erməni təxribatçı dəstələrinin Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı terror hücumları davam edib. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında sərnişin avtobusunun partladılması nəticəsində 2 nəfər həlak olub, 10 nəfər ağır yaralanıb.

 

21 avqust 1992 – Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Tehrana səfəri gedişində İran İslam Respublikasından Naxçıvana elektrik enerjisi verilməsi, kommunikasiyaların çəkilməsi və ərzaq yardımı göstərilməsi barədə sazişlər imzalanıb. Səfər Milli Məclisin və Azərbaycan hökumətinin Naxçıvana yardım göstərilməsi barədə qəbul etdiyi qərarlar çərçivəsində həyata keçirilmişdi.

 

21 avqust 1997 – Azərbaycan Respublikası ilə Serbiya və Çernoqoriya İttifaqı (2006-cı ildən Serbiya və Çernoqoriya respublikalarına ayrılıb) arasıında diplomatik münasibətlər qurulub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi