“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.01.2014, 21:47
5218

Azərbaycan qədim zamanlardan XX əsrədək

120-100-40-30-cu minilliklər – İbtidai icma quruluşunun formalaşması.
1,5 min. il—150—120 minilliklər — Quruçay mədəniyyətinin dövrü.
Təxm. 40—35 min—12—10 min il — Paleolit dövrü.
10—12 min il əvvəl — Qobustanda həyatın başlanması.
10—12 min il—8 min əvvəl — Mezolit dövrü.
e.ə. 7—6 minilliklər — Neolit dövrü.
e.ə. 6—4 minilliklər — Eneolit dövrü.
e.ə. 4 minilliyin əvvəli — Bəsit dulus çarxının meydana gəlməsi.
e.ə. 4 min. II yarısı—2 min. sonu — Tunc dövrü.
e.ə. 4 min. sonu—3 minillik — Erkən tunc dövrü. Kür-Araz mədəniyyəti.
e.ə. 3 min. yarısı — Əmlak və sosial bərabərsizliyin artması.
e.ə. 3 min. axırıncı rübü—2 min. I yarısı — Orta tunc dövrü. İkinci böyük ictimai əmək bölgüsü.
e.ə. II min. I yarısı — Şəhərsalma mədəniyyətinin təşəkkülü.
e.ə. II min.—I min. əvvəli — Naxçıvan mədəniyyəti.

e.ə. XIV—VIII əsrlər — Son tunc və ilk dəmir dövrü.
e.ə. XIV—VIII əsrlər — Xocalı-Gədəbəy mədəniyyəti.
e.ə. XIV—VII əsrlər — Talış-Muğan mədəniyyəti.
e.ə. XIII—XII əsrlər — Borsunlu kurqanı.
e.ə. XII—XI əsrlər — Sarıçoban kurqanı.
e.ə. VII—V əsrlər — İnkişaf etmiş dəmir dövrü.

e.ə. III min. I yarısı — Erkən dövlət qurumu Aratta.
e.ə. XXVIII—XXIV əsrlər — Şumer şəhər-dövlətləri.
e.ə. III min. II yarısı — Kuti və Lullubi dövlətlərinin yaranması.
e.ə. təxm. 2240—2220-ci illər — Elam hökmdarı Kutik-İnşuşinakın hakimiyyəti.
e.ə. t. 2236—2200-ci illər — Akkad hökümdarı Naram-Suenin hakimiyyəti.
e.ə. t. 2230—2200-ci illər — Lullubi hökmdarı Satuninin hakimiyyəti.
e.ə. t. 2225—2205-ci illər — Kuti hökmdarı Enridavazirin hakimiyyəti.
e.ə. t. 2220—2170-ci illər — Lullubi hökmdarı İmmaşqunun hakimiyyəti.
e.ə. t. 2204—2197-ci illər — Kuti hökmdarı İmtanın hakimiyyəti.
e.ə. t. 2200—2175-ci illər — Akkad hökmdarı Şarkalişarrinin hakimiyyəti.
e.ə. t. 2198—2192-ci illər — Kuti hökmdarı İnqeşauşun hakimiyyəti.
e.ə. t. 2191—2185-ci illər — Kuti hökmdarı Sarlaqın hakimiyyəti.
e.ə. 2184—2178-ci illər — Kuti hökmdarı Yarlaqaşın hakimiyyəti.
e.ə. t. 2177—2171-ci illər — Kuti hökmdarı Elulumeşin hakimiyyəti.
e.ə. t. 2175-ci il — Kuti sülaləsinin İkiçayarasında hakimiyyətə gəlməsi.
e.ə. t. 2170—2150-ci illər — Lullubi hökmdarı Anubaninin hakimiyyəti.
e.ə. t. 2135—2133-cü illər — Kuti hökmdarı Laharabın hakimiyyəti.
e.ə. t. 2127—2120-ci illər — Kuti hökmdarı Puzur-Suenin hakimiyyəti.
e.ə. t. 2120—2113-cü illər — Kuti hökmdarı Yarlaqandanın hakimiyyəti.

e.ə. t. 2112—2105-ci illər — Kuti hökmdarı Siumun hakimiyyəti.
e.ə. t. 2112—2003-ci illər — III Ur sülaləsinin hökmranlığı.

e.ə. 2104-cü il — İkiçayarasında Kuti hakimiyyətinin süqutu.
e.ə. 2093—2046-cı illər — Ur hökmdarı Şulqinin hakimiyyəti.
e.ə. II minillik — Dövlət qurumlarının parçalanması.
e.ə. II min. I yarısı — Turukki və su tayfalarının siyasi fəaliyyətinin başlanması.
e.ə. 1813—1781-ci illər — Assur hökmdarı I Şamşi-Adadın hakimiyyəti.
e.ə. 1797—1757-ci illər — Assur hökmdarı I İşme-Daqanın hakimiyyəti.

e.ə. 1792—1750-ci illər — Babilistan hökmdarı Hammurapinin hakimiyyəti.
e.ə. 1307—1275-ci illər — Assur hökmdarı I Adadnirarinin hakimiyyəti.
e.ə. 1274—1245-ci illər — Assur hökmdarı I Salmanasarın hakimiyyəti.
e.ə. 1244—1208-ci illər — Assur hökmdarı I Tükulti-Ninurtanın hakimiyyəti.

e.ə. IX—VIII əsrlər — Midiya ərazisində xırda vilayət hakimləri.
e.ə. IX əsr. I yarısı — Zamua ölkəsində xırda dövlət qurumları.
e.ə. 883—859-cu illər — Assur hökmdarı II Aşşurnasirpalın hakimiyyəti.
e.ə. 880-ci il — II Aşşurnasirpalın Zamua ölkəsinə yürüşü.
e.ə. 859—824-cü illər — Assur hökmdarı III Salmanasarın hakimiyyəti.
e.ə. 825—812-ci illər — Urartu hökmdarı İşpuininin hakimiyyəti.

e.ə. 823—811-ci illər — Assur hökmdarı V Şamşi-Adadın hakimiyyəti.
e.ə. 820-ci il — V Şamşi-Adadın Nairi ölkəsinə hərbi səfəri.
e.ə. 810—783-cü illər — Assur hökmdarı III Adadnirarinin hakimiyyəti.
e.ə. 810—781-ci illər — Urartu hökmdarı Menuanın hakimiyyəti.
e.ə. 781—760-cı illər — Urartu hökmdarı I Argiştinin hakimiyyəti.
e.ə. 775-ci il — I Argiştinin Mannaya soxulması.

e.ə. 773—693-cü illər — Skit padşahlığının mövcud olması.
e.ə. 760—730-cu illər — Urartu hökmdarı II Sardurinin hakimiyyəti.

e.ə. t. 750-ci il — II Sardurinin Mannada işğalı.
e.ə. 744—727-ci illər — Assur hökmdarı III Tiqlatpalasarın hakimiyyəti.
e.ə. 740—719-cu illər — Manna hökmdarı İranzunun hakimiyyəti.
e.ə. 730—714-cü illər — Urartu hökmdarı I Rusanın hakimiyyəti.
e.ə. 722—705-ci illər — Assur hökmdarı II Sarqonun hakimiyyəti.
e.ə. 719-cu il — Mannada İranzuya qarşı üsyan.
e.ə. 718—716-cı illər — Manna hökmdarı Azanın hakimiyyəti.
e.ə. t. 716—680-cı illər — Manna hökmdarı Ullusununun hakimiyyəti.
e.ə. 714-cü il — II Sarqonun Mannaya böyük yürüşü.

e.ə. t. 712—675-ci illər — Midiya hökmdarı Deyokun hakimiyyəti.
e.ə. VII əsr — Sakların Albaniyada məskunlaşması.
e.ə. 681-668-ci illər — Assur hökmdarı Asarhaddonun hakimiyyəti.
e.ə. t. 675-653-cü illər — Midiya hökmdarı Faraortanın hakimiyyəti.
e.ə. t. 675-650-ci illər — Manna hökmdarı Ahşerinin hakimiyyəti.
e.ə. 668-626-cı illər - Assur hökmdarı Aşşurbanipalın hakimiyyəti.
e.ə. 653-625-ci illər - Midiya skitlərin hakimiyyəti altında.
e.ə. 650-ci il - Aşşurbanipalın Manna qoşununu məğlub etməsi.

e.ə. t. 650-630-cu illər - Manna hökmdarı Yallinin hakimiyyəti.

e.ə. 640-629-cu illər - Fars hakimi İkirim hakimiyyəti.
e.ə. 625-585-ci illər - Midiya hökmdarı Kiaksarın hakimiyyəti.

e.ə. 615-612-ci illər - Midiyanın Assuriya ilə müharibəsi.
e.ə. 585-ci il - Kiaksarın Lidiya ilə sülh müqaviləsinin bağlanması.
e.ə. 585-550-ci illər - Midiya hökmdarı Astiaqın hakimiyyəti.
e.ə. 584-558-ci illər - Fars hakimi I Kambizin hakimiyyəti.
e.ə. 558-530-cu illər - Fars hökmdarı II Kirin hakimiyyəti.
e.ə. 550-330-cu illər - Əhəmənilər sülaləsinin hakimiyyəti.
e.ə. 550-ci il - Midiyanın suquta uğraması.

e.ə. 530-cu il - II Kirin massaget tayfalarına qarşı yürüşü.
e.ə. 530-522-ci illər - Fars hökmdarı II Kambizin hakimiyyəti.
e.ə. 522-521-ci illər - Qaumata-Bardi və Əhməni dövlətində üsyanlar.
e.ə. 522-486-cı illər - Fars hökmdarı I Daranın hakimiyyəti.
e.ə. 486-465-ci illər - Fars hökmdarı Kserksin hakimiyyəti.
e.ə. 336-323-cü illər - Makedoniyalı İsgəndərin hakimiyyəti.
e.ə. 334-326-cı illər - Makedoniyalı İsgəndərin Şərq yürüşü.
e.ə. 333-cü il - Anadolu İsgəndərin hakimiyyəti altında.
e.ə. 331-ci il - Qavqamela (Cancal) düzənliyində döyüş.
e.ə. 330-cu il - Əhəməni dövlətinin süqutu.
e.ə. 327-ci il - Baktriya və Soqdanın İskəndər tərəfindən tutulması.
e.ə. 327-ci il - İsgəndərin Hindistana yürüşü.

e.ə. 323-cü il - Adərbayqan (Atropatena) dövlətinin yaranması.
e.ə. 321-281-ci illər - Sələvkilər sülaləsinin hakimiyyəti.
e.ə. 223-187-ci illər - Sələvki II Antioxun hakimiyyəti.
e.ə. 222-220-ci illər - Midiya satrapı Molonun Sələvkilərə qarşı üsyanı.
e.ə. 220-ci il - Azərbaycanın sələvkilərdən asılılığı.
e.ə. 209-205-ci illər - III Antioxun Şərq yürüşü.
e.ə. II əsr - Albaniyada Aranilər sülaləsinin hakimiyyətə gəlməsi.
e.ə. 189-160-cı illər - Ərməniyə hökmdarı I Artaşesin hakimiyyəti.
e.ə. 175-163-cü illər - Sələvki hökmdarı IV Antioxun hakimiyyəti.
e.ə. 171-139-cu illər - Parfiya hökmdarı I Mitridatın hakimiyyəti.
e.ə. 148-147-ci illər - I Mitridatın Midiyanı zəbt etməsi.

e.ə. 95-55-ci illər - Ərməniyə hökmdarı I Tiqranın hakimiyyəti.
e.ə. 74-64-cü illər - Romanın VI Mitridatla müharibəsi.
e.ə. 71-ci il - Lukulun yürüşü.
e.ə. 67-ci il - I Tiqranın Kappadokiyanı tutması.
e.ə. 63-cü il - VI Mitridatın sonu.
e.ə. 56-34-cü illər - Ərməniyə hökmdarı II Tiqranın hakimiyyəti.
e.ə. 37-e. 3-cü illəri - Parfiya şahı IV Fraatın hakimiyyəti.
e.ə. 36-cı il - Antoninin Parfiyaya yürüşü.
e.ə. 31-ci il - Antoninin Oktavian ilə Aksi yanında döyüşü.
e. I-II əsrlər - Xristianlığın meydana gəlməsi.
I-III əsrlər - Roma-Parfiya münaqişələri.
63-cü il - Romanın Parfiya ilə sülh müqaviləsi.
68-ci il - Neronun albanlarla qarşı yürüşə hazırlaşması.
81-96-cı illər - Roma imperatoru Domisianın hakimiyyəti.
96-117-ci illər - Roma imperatoru Trayanın hakimiyyəti.
114-cü il - Trayan tərəfindən Ərməniyənin tutulması.

115-ci il - Ərməniyənin Roma vilayətinə çevrilməsi.

III-V əsrlər - Azərbaycanda feodalizmə xas olan iqtisadi münasibətlərin bərqərar olması.
III-VII əsrlər - Sasanilər sülaləsinin hakimiyyəti.
t. 215-255-ci illər - Alban hökmdarı I Vaçaqanın hakimiyyəti.
215-276-cı illər - Maninin həyatı.
226-cı il - İranda parfların hakimiyyətinə son qoyulması.
226-cı il - İranda Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi.
241-272-ci illər - Sasani şahı I Şapurun hakimiyyəti.
242-ci il - Mani təliminin yayılması.
t. 255-262-ci illər - Alban xristian hökmdarı I Vaçenin hakimiyyəti.
260-cı illər - I Şapur tərəfindən Roma ordusunun məğlubiyyəti.
270-275-ci illər - Roma imperatoru Avrelianın hakimiyyəti.
287-332-ci illər - Ərməniyədə Arşaki nümayəndisi III Trdatın hakimiyyəti.
IV əsr - Ön Asiyada xristian dininin yayılması.
309-379-cu illər - Sasani şahı II Şapurun hakimiyyəti.
IV əsr. 30-cu illəri - Xristianlığın Roma imperiyasında dövlət dininə çevrilməsi.
t. 332-338-ci illər - Ərməniyə hökmdarı II Xosrov Kotakın hakimiyyəti.
338-345-ci illər - Ərməniyə hökmdarı Tiranın hakimiyyəti.
t. 342-350-ci illər - Albaniya torpaqlarının Ərməniyə tərəfindən işğalı.
345-367-ci illər - Ərməniyə hökmdarı II Arşakın hakimiyyəti.
t. 359-371-ci illər - Alban xristian hökmdarı Urneyrın hakimiyyəti.
359-cu il - Amid döyüşü.

364-378-ci illər - Roma imperatoru Valentinin hakimiyyəti.
369-374-cü illər - Ərməniyə hökmdarı Papın hakimiyyəti.
371-ci il - Dzirav çölündə döyüş.
387-ci il - Roma və İran arasında Ərməniyənin bölüşdürülməsi.
399-421-ci illər - Sasani şahı I Yezdəgerdin hakimiyyəti.
421-438-ci illər - Sasani şahı V Bəhram Gürün hakimiyyəti.
428-ci illər - Ərməniyənin Sasani dövlətinin canişinliyinə çevrilməsi.

t. 443-451-ci illər - Syuni hakimi Vasakın hakimiyyəti.
457-459-cu illər - İranda hakimiyyət uğrunda mübarizə.

459-484-cü illər - Sasani şahı Firuzun hakimiyyəti
462-ci il - Haylandur hunların Albaniyaya gəlməsi.
481-484-cü illər - Ərməniyə xristianlarının Sasani şahına qarşı üsyanları.
481-529-cu illər - Məzdəkilər hərəkatı.

484-488-ci illər - Sasani şahı Balaşın hakimiyyəti.
485-ci il - Nvarsak sülhü.
488-531-ci illər - Sasani I Kavadın hakimiyyəti.
493-510-cu illər - Alban xristian hökmdarı III Vaçaqanın hakimiyyəti.
498-ci il - Aquen məclisi.
V əsr. sonu-VI əsr. əvvəli - Albaniyada xristianlığın zorla yayılması.
510-629-cu illər - Albaniyada sasani mərzbanlığı dövrü.
529-cu il - Məzdəkin edam olunması.
531-579-cu illər - İran şahı I Xosrov Ənuşirəvanın hakimiyyəti.
570-590-cu illər - Mihranın Girdman məckəni.
571-591-ci illər - İran-Bizans müharibələri.
579-590-cu illər - Sasani şahı IV Hörmüzün hakimiyyəti.
582-602-ci illər - Bizans şahı Mavrikinin hakimiyyəti.
591-ci il - İranın Bizans ilə müqaviləsi.
591-628-ci illər - Sasani hökmdarı II Xosrov Pərvizin hakimiyyəti.

600-615-ci illər - Girdman qalasının tikilməsi.
602-ci il - İran-Bizans müharibələrinin başlanması.
602-610-cu illər - Fokanın Bizansda hakimiyyəti.

610-641-ci illər - Bizans hökmdarı II İraklinin hakimiyyəti.
624-cü il - Bizansların Naxçıvanı tutması.
t. 625-636-cı illər - Girdman hakimiyyəti Varaz-Qriqorun hakimiyyəti.
628-ci il - Xəzərlərin Qafqaziyəyə yürüşü.
628-ci il 3 aprel - II Kavadın Irakli ilə sülh müqaviləsinin bağlaması.

630-632-ci illər - Albaniya türk xaqanlığının siyasi təsiri altında.
632-634-cü illər - Abu Bəkrin hakimiyyəti.
632-651-ci illər - İran şahı III Yezdəgerdin hakimiyyəti.
634-636-cı illər - Yərmuq döyüşü.
634-644-cü illər - Ömər ibn Xəttabın hakimiyyəti.
636-680-cı illər - Albaniya hökmdarı Cavanşirin hakimiyyəti.
638-ci il - Qadsiyyə döyüşü.
641-668-ci illər - Bizans imperatoru II Konstantinin hakimiyyəti.
642-ci il - Nəhavənd döyüşündə İranın qələbə çalması.
642-ci il - Ərəblərin Muğanı işğal etməsi və müqavilənin bağlanması.
644-cü il - İsfəndiyarın ərəblərlə müqaviləsi.
646-cı il - Ərəblərin Arrana hücumu.

VII əsrin II yarısı - İslam dininin yayılması.
651-ci il - Sasani imperiyasının süqutu.
654-cü il - II Konstantinin Cavanşir ilə birinci görüşü.
656-661-ci illər - Əmirəl-möminin imam Əli ibn Abitalibin hakimiyyəti.

660-cı il - II Konstantinin Cavanşir ilə ikinci görüşü.
661-680-ci illər - Müaviyə ibn Əbi Süfyanın hakimiyyəti.
661-750-ci illər - Əməvilər sülaləsinin hakimiyyəti.
680-683-cü illər - Yəzid ibn Müaviyənin hakimiyyəti.
705-ci il - Şeruyənin edam edilməsi.
705-715-ci illər - I Vəlidin hakimiyyəti.
709-cu il - Ərəblərin xəzərlərlə müharibəsinin başlanması.
748-ci il - Beyləqanda üsyan.
748-752-ci illər - Azərbaycanda çıxışlar.
750-1258-ci illər - Abbasilər sülaləsinin hakimiyyəti.
778-ci il - Xürrəmilərin ərəblərə qarşı birinci üsyanı.

786-809-cu illər - Xəlifə Harun ər-Rəşidin hakimiyyəti.
IX əsr - Rusların Azərbaycana yürüşü.

IX əsr - Xilafətin zəifləməsi.            
IX-XI əsrlər - Azərbaycanda feodal dövlətlərinin istiqlaliyyətə nail olması.
808-ci il - Xürrəmilərin ərəblərə qarşı İkinci üsyanı.
821-822-ci illər - Azərbaycanda xürrəmilər hərəkatının genişlənməsi.
829-cu il 3 iyun - Həşdadsər dağında döyüş.
830-cu il - Həmədan şəhərinin xürrəmilər tərəfindən tutulması.
833-cü il 25 dekabr - Həmədan yaxınlığında döyüş.
836-cı il - Sərkərdə Tərxanın öldürülməsi.
837-ci il 26 avqust - Bəzz qalasının süqutu.
838-ci il 14 mart - Babəkin edam edilməsi.

IX əsrin 60-cı illəri - Şirvanın istiqlaliyyətinin bərpa edilməsi.
889-942-ci illər - Sacilər dövləti.
889-cu il - Məhəmmədin Azərbaycanın hakimi təyin olunması.
893-cü ildən başlayaraq - Məhəmmədin Ərməniyəyə yürüşləri.
901-ci il - Məhəmmədin vəfatı.
914-cü il - Rusların Azərbaycanın Xəzər sahili yaşayış məntəqələrinə basqınları.
919-cu il 16 iyul - Ərdəbil yaxınlığında döyüş.
927-ci il 27 dekabr - Kufə şəhəri yaxınlığında döyüş. Yusifin öldürülməsi.
942-981-ci illər - Salarilər sülaləsinin hakimiyyəti.
944-cü il 24 avqust - Bərdə şəhərinin tutulması.
945-ci il 12 avqust - Rusların Bərdəni tərk etməsi.
X əsrin II yarısı - Azərbaycanda Şəddadilər dövlətinin meydana gəlməsi.
953-cü il - Məzrubanın Ərdəbildə hakimiyyəti ələ keçirməsi.
957-ci ilin dekabrı - Məzrubanın ölümü.
961-981-ci illər - İbrahimin hakimiyyəti.

971-ci il - Şəddadilər dövlətinin fəaliyyətinin başlanması.
981-ci il - İbrahimin məğlubiyyəti və Ərdəbilin tutulması.
987-ci il - Əbdül-heycanın Ərməniyəyə hücumu.
988-1030-cu illər - Sultan I Mahmudun hakimiyyəti.
1010-1080-ci illər - Qətran Təbrizi.
1020-1059-cu illər - Əbu Mənsur Vəhsudan.
1027-1034-cü illər - Şirvanşah Mənuçöhrün hakimiyyəti.
1027-1382-ci illər - Kəsranilər sülaləsi.
XI əsr. 30-40-cı illəri - Azərbaycanda rusların hücumlarının genişlənməsi.
1038-1063-cü illər - Toğrul bəyin hakimiyyəti.
1038-1157-ci illər - Səlcuq imperiyası.
1042-ci ilin oktyabrı - Təbrizdə zəlzələ.
1045-ci il - Həmədanın tutulması.

1050-ci il - İsfahanın tutulması.
1050-1067-ci illər - Əbdüləsfər Şavurun hakimiyyəti.
XI əsr. 50-ci illəri - Səlcuq qoşunlarının Azərbaycana daxil olması.
1055-ci ilin yazı - Bağdadın tutulması.
1063-1072-ci illər - Alp Arslanın hakimiyyəti.
1067-ci il - Alp Arslanın Arrana gəlməsi.
XI əsr. 70-80-cı illəri - Şirvanşah Məzyədilər dövlətinin tənəzzülü.
1071-ci il - Məlazgird yaxınlığında döyüş.
1072-1092-ci illər - Məlikşahın hakimiyyəti.
1074-1088-ci illər - III Fəzmunun hakimiyyəti.
1088-ci il - Gəncənin tutulması.
1089-1125-ci illər - IV Davidin hakimiyyəti.
1108-1127-ci illər - Ağsunqurilər sülaləsi.

1108-1146-cı illər - Fələki Şirvanı.
1117-ci il - Şirvanın tutulması.
XII əsr. 20-30-cu illəri - Qafqaziyədə feodal dövlətinin istiqlaliyyət uğrunda mübarizəsi.
1120-ci il - Qəbələ, Şəki, Şamaxının tutulması.
1120-1160-cı illər - III Mənuçehrin hakimiyyəti.
1120-1199-cu illər - Əfzələddin Xaqani (Xaqani Şirvani).
1121-1122-ci illər - IV Davidin Toğrulla müharibələri.
1123-cü il - IV Davidin Şirvana gəlməsi.
1123-cü il - Gülüstan qalasının tutulması.
XII əsr. 30-cu illəri - Azərbaycan Atabəylər dövlətinin meydana gəlməsi.
1136-1225-ci illər - Atabəylər-Eldənizlər sülaləsinin hakimiyyəti.
1136-1160-cı illər - Azərbaycan Eldənizlər dövlətinin təşəkkülü.
1141-1209-cu illər - Nizami Gəncəvi.
1160-1234-cü illər - İbn əl-Əsir.

1161-1191-ci illər - Azərbaycan Eldənizlər dövlətinin çiçəklənməsi.
1161-ci ilin yayı - III Georginin Gəncə və Dəbili qarət etməsi.
1163-cü ilin yanvarı - Atabəy Eldənizin Gürcüstana hücumu.
1164 və 1166-cı illər - Gürcülərin Azərbaycana hücumu.
1174-cü il - Eldənizin Gürcüstana hücumu.
1175-1186-cı illər - Atabəy Cahan Pəhləvanın hakimiyyəti.
1184-1213-cü illər - Tamaranın hakimiyyəti.
1186-1191-ci illər - Qızıl Arslanın hakimiyyəti.
1188-ci ilin martı - Həmədan yaxınlığında döyüş.
1190-1245-ci illər - Zülfüqar Şirvani.
1191-1225-ci illər - Azərbaycan Eldənizlər dövlətinin tənəzzülü.
1192-ci il - Şirvanda zəlzələ.
1192-ci il - III Toğrulun Təbrizə hücumu.
XIII əsr. sonu 1447-ci il - Səfəvilər tarixinin birinci dövrü.
1203-1225-ci illər - I Güstasp ibn Fərruxzadın hakimiyyəti.
1206-1227-ci illər - Çingiz xanın hakimiyyəti.
1210-1225-ci illər - Özbəyin hakimiyyəti.
1219-cu il - Xarəzm dövlətinə basqın.

1220-ci il - Monqolların Azərbaycana yürüşü.
1221-ci il - Monqolların Təbrizə yürüşü.

1222-ci il - Monqolların Şamaxını tutması.
1224-1244-cü illər - III Fəribürzün Şirvanı idarə etməsi.
1225-ci il - Azərbaycanın Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qalması.

1225-ci il - Azərbaycanda Atabəylər Eldənizlər dövlətinin süqutu.
1231-ci il - Gəncədə xalq üsyanı.
1231-ci il - Monqolların ikinci dəfə Azərbaycana soxulması.
1235-ci il - Gəncənin tutulması.
XIII əsr. ortaları - Azərbaycana türk-monqol qəbilələrin gəlməsi.
1251-1260-cı illər - Menku xanın hakimiyyəti.
1251-1234-cü illər - Şeyx Səfiyəddin İshaq əl-Musəvi-əl-Ərdəbilinin hakimiyyəti.
1253-cü il - I Hetum Alinin Menku xan ilə ittifaqın bağlanması.
1256-cı il - Azərbaycanın istila olunması.
1258-1265-ci illər - Hülakü xanın hakimiyyəti.
1265-1282-ci illər - Abaqa xanın hakimiyyəti.
1275-ci il - Arranda üsyanın baş verməsi.
1275-1338-ci illər - Əvhədi Marağayi.
1282-1284-cü illər - Əhməd xanın hakimiyyəti.
1284-1291-ci illər - Arqun xanın hakimiyyəti.

1291-1295-ci illər - Kəyxatu xanın hakimiyyəti.
1295-1304-cü illər - Qazan xanın hakimiyyəti.
1304-1316-cı illər - Sultan Məhəmməd Xudabəndənin hakimiyyəti.
1316-1335-ci illər - Əbu Səidin hakimiyyəti.
1319, 1320 və 1322-ci illər - Azərbaycanda ixtişaşların qalxması.
1334-cü il - Sultaniyyədə üsyan.
1334-1392-ci illər - Şeyx Səfiəddin Musanın hakimiyyəti.
1335-ci il - Özbək xanın yenidən Azərbaycana soxulması.
1335-1336-cı illər - Arpa xanın hakimiyyəti.
1336-cı il - Musa xanın hakimiyyəti.
1336-1338-ci illər - Məhəmməd xanın hakimiyyəti.
1338-1340-cı illər - Satı-bəy xanının hakimiyyəti.
1338-ci il - Şirvanşahların yenidən müstəqilliyi əldə etmələri.
1340-1344-cü illər - Süleyman xanın hakimiyyəti.
1344-cü il - Azərbaycanda hakimiyyətin Məlik Əşrəfin əlinə keçməsi.
1344-1355-ci illər - Ənuşirəvanın padşah elan edilməsi.
1345-1372-ci illər - Kavusun hakimiyyəti.
1347-ci il - Məlik Əşrəfin Şirvana və Bağdada yürüşü.
1350-ci il - İsfahana yürüşü.

1355-ci il - Həsən xanın səltənətə çıxması.
1355-1433-cü illər - Qasım Ənvər.
1356-1372-ci illər - Cəlairi Sultan Üveysin hakimiyyəti.
1356-1410-cu illər - Cəlairilərin hakimiyyəti.
1357-ci il - Canı bəyin Azərbaycanda hakimiyyəti ələ alması.
1358-ci il - Toxtamışın Təbrizə yaxinlaşması.
1359-1374-cü illər - Şeyx Üveysin hakimiyyəti.
1357-ci illər - Şirvanın zəbt olunması.
1370-1388-ci illər - Pəhləvan bəyin hakimiyyəti.
1370-1405-ci illər - Teymurun (Teymurləngin) hakimiyyəti.

XIV əsr. 70-ci illər - Qaraqoyunluların Ağqoyunlularla, Cəlairilərə və Teymurilərə qarşı mübarizəsi.
1372-1382-ci illər - Şirvanşah Huşəngin hakimiyyəti.
1378-ci il - Bağdad əmirlərinin Ucana hücum etmələri.
1380-1389-cu illər - Qara Məhəmmədin hakimiyyəti.
1382-1410-cu illər - Sultan Əhmədin hakimiyyəti.
1382-1417-ci illər - I İbrahimin Şirvanda hakimiyyəti.
1382-1538-ci illər - Dərbəndlilər sülaləsinin hakimiyyəti.
1386-cı il - Teymurun Azərbaycana hücumları.
1386-ci il - Toxtamışın Azərbaycana hücumu.
1387-ci il - Teymurun Azərbaycanı tərk etməsi.
1387-ci il - Üçlük ittifaqının yaranması.
1387-1392-ci illər - Təbrizə 17 dəfə hücum.
1387-1399-cu illər - Əlincə qalasının müdafiəsi.

1388-ci il - Qara Məhəmmədin Təbrizi tutması.
1389-1412-ci illər - Qaraqoyunlu Kəmaləddin Qara Yusifin hakimiyyəti.
1392-1427-ci illər - Şeyx Xacə Əlinin hakimiyyəti.

1394-1434-cü illər - Qara Yuluq Osman bəyin hakimiyyəti.
1395-ci il - Teymurun Səmərqəndə qayıtması və Hindistana səfəri.
1402-ci il - Anqara yaxınlığında döyüş.
1405-ci il - Teymurun ölümü.
1406-cı il - Qara Yusif və Sultan Əhmədin Azərbaycana qayıtması.
1406-1447-ci illər - Sultan Şahruxun hakimiyyəti.

1410-cu il - Sultan Əhmədin Təbrizə yürüşü və ölümü.
1410-cu il 30 avqust - Şənbi-Qazan adlı yerdə döyüş.
1412-ci ilin sonu - Kür sahilində döyüş və İbrahimin məğlubiyyəti.
1417-1462-ci illər - I Xəlilullahın hakimiyyəti.
1418 və 1420-ci illər - Azərbaycana uğursuz yürüşlər.

1422-1429 və 1431-1438-ci illər - İskəndərin hakimiyyəti.
1427-ci il - İskəndərin Şirvana hücumu.
1427-1447-ci illər - Şeyx İbrahimin hakimiyyəti.
1429-cu ilin mayı - Şahruxun Azərbaycana gəlməsi.
1429-1431-ci illər - Əbu Səidin hakimiyyəti.
1429-cu il - Əbu Səidin Qarabağda və Ermənistanda hökmranlığı.
1434-1444-cü illər - Əli bəyin hakimiyyəti.
1435-ci il 16 yanvar - Əli bəyin Diyarbəkrə daxil olması.
1435-ci ilin yayı - Təbriz yaxınlığında döyüçdə İskəndərin məğlubiyyəti.
1438-1467-ci illər - Cahanşahın hakimiyyəti.
1441-1501-ci illər - Əlişir Nəvai.
1444-1453-cü illər - Cahangir bəyin hakimiyyəti.
1447-1449-cu illər - Uluq bəyin hakimiyyəti.

1447-1460-cı illər - Şeyx Cüneydin hakimiyyəti.
1447-1501-ci illər - Səfəvilər tarixinin İkinci dövrü.
1449-1470-ci illər - Şeyx Cəfərin Ərdəbilin hakimi olması.
1453-1478-ci illər - Uzun Həsənin hakimiyyəti.
1455-1535-ci illər - Kamal əf-din Behzad.
1457-ci il - Cahanşahın Curcanı və Xorasanı tutması.
1459-cu ilin yanvarı - Cahanşahla Əbu Səid arasında müqavilənin bağlanması.
1460-cı il 3 mart - Cüneydin Dağıstana və Şirvana yürüşü.
1460-1488-ci illər - Şeyx Heydərin hakimiyyəti.
1461-ci il - Yassıçəməndə müqavilənin bağlanması.
1462-1501-ci illər - Fərrux Yasarın hakimiyyəti.
1463-1479-cu illər - Venesiya-Türkiyə müharibələri.

1465-ci il - Təbrizdə «Göy məscid»in tikilməsi.
1465-ci il - Moskvaya səfirin göndərilməsi.
1467-cı ilin mayı - Muş düzündə döyüş.

1468-1496-cı illər - Seyfəddin Qayıtbəyin hakimiyyəti.
1472-ci ilin yazı - Venesiyanın Ağqoyunlu dövləti ilə hərbi ittifaq bağlaması.
1472-1473-cü illər - Ağqoyunlu-Osmanlı müharibələri.
1473-cü il 1 avqust - Malatya döyüşü.

1473-cü il 11 avqust - Otluqbeli döyüşü.
1474-ci ilin mayı - Şirazda qiyamın baçlanması.
1474-1477-ci illər - Uzun Həsənin Gürcüstana yürüşü.
1475-1536-cı illər - Qiyasəddin ibn Hümaməddin əl-Hüseyn.
1477-ci il - Uzun Həsənin VI Baqratla sülh müqaviləsi.
1478-1490-cı illər - Yaqub Mirzənin fəaliyyəti.
1480-cı il - Urfa yaxınlığında döyüş.
1481-1512-ci illər - Türkiyə Sultanı II Bəyazidin hakimiyyəti.

1483-cü il - Təbrizdə «Həşt behişt» saray dəstinin tikilməsi.
1488-ci il 9 iyun - Şahdağın ətəyində Şirvanşahların birləşmiş qüvvələri ilə qızılbaşların döyüşü.
1488-1495-ci illər - Şeyx Sultanəlinin hakimiyyəti.
1494-1495-ci illər - Ağqoyunluların Ərdəbili və Səfəvilərin mülklərini zəbt etməsi.
1499-1500-ci illər - İsmayılın Ərzincan səfəri.
1494-1556-cı illər - Məhəmməd Füzuli.
1500-ci ilin sonu - İsmayılın Fərrux Yasarla döyüşü.

1501-1524-cü illər - Şah İsmayılın hakimiyyəti.
1501-1587-ci illər - Səfəvilər tarixinin üçüncü dövrü.
1503-cü il 21 iyun - Ağqoyunlu Muradın məğlubiyyəti.
1504-cü il - Türkiyə sultanı II Bəyazidin Səfəvilər dövlətini tanıması.
1510-cu il 1 dekabr - Mərv qalası yaxınlığında qızılbaşların özbəklərlə döyüşü.
1512-1520-ci illər - Sultan Səlimin hakimiyyəti.

1514-cü il 23 avqust - Çaldıran döyüşü.
1516-cı ilin əvvəli - Qoçhisarda türklərin qələbəsi.
1516-1535-ci illər - Mesxi çarı IV Kvarkvarenin hakimiyyəti.
1520-1566-cı illər - I Süleyman Qanuninin hakimiyyəti.
1520-1574-cü illər - Kaxetiya çarı Ləvənd xanın (Levan) hakimiyyəti.
1524-1535-ci illər - II Xəlilullahın Şirvanda hakimiyyəti.
1524-1576-cı illər - I Təhmasibin hakimiyyəti.

1526-cı ilin mayı - Səksəncik və Xərzəvil adlı yerlərdə döyüş.
1527-ci il 30 iyun - Arpaçay sahilində döyüş.
1527-ci ilin iyunu - Div Sultanın ölümü.
1527-1531-ci illər - Təkəli əyanlarının hökmranlığı.
1534-cü il 27 sentyabr - I Süleymanın Təbrizi tutması..

1534-1612-ci illər - Sadıx bəy Əfşar.
1535-ilin yazı - I Süleymanın ikinci dəfə Təbrizə yürüşü.
1535-1538-ci illər - Şamaxı hakimi Şahruxun hakimiyyəti.
1538-ci ilin yayı - Səfəvi qoşununun Şirvana daxil olması.
1540-cı il - I TəhmasibinBakını tutması.
1541-ci il - I TəhmasibinTiflisi tutması.
1547-1549-cu illər - Şirvanda Səfəvilər əleyhinə üsyanlar.
1547-1554-cü illər - Şirvanda üsyanların yatırılması.
1548-ci il - I Süleymanın Azərbaycana üçüncü yürüşü.
1551-ci il - Şəkinin Səfəvi dövlətinə birləşdirilməsi.
1552-1553-cü illər - Səfəvilərin Osmanlı ərazisinə yürüşü.
1554-cü ilin yazı - I Süleymanın Azərbaycana dördüncü yürüşü.
1555-ci il 29 mart - Amasiyada Səfəvi-Osmanlı dövlətlər arasında sülh müqaviləsi.
XVI əsr. 70-80-cı illər - Şirvanda və Talışda feodallara qarşı üsyanlar.
1571-ci il - Təbriz sənətkarları və şəhər yoxsullarının üsyanı.
1574-1595-ci illər - Sultan III Muradın hakimiyyəti.

1577-ci il - Kürd qiyamı.
1577-1584-cü illər - Krım xanı II Məhəmməd Gərayın hakimiyyəti.
1578-ci il - Çıldır döyüşü.
1578-ci il 24 avqust - Türklərin Tiflisi tutması.
1578-ci il 28 noyabr - Ağsu çayı sahilində Mollahəsən adlı yerdə döyüş. Səfəvilərin Şirvanda qələbəsi.
1578-1579-cu illər - Krım tatarlarının Şirvana və Qarabağa hücumu.
1578-1587-ci illər - Məhəmməd Xudabəndənin hakimiyyəti.
1583-cü ilin yazı - İmamqulu xanın Şirvana daxil olması.
1583-cü ilin yazı - Fərhad paşanın Azərbaycana yürüşü.
1585-ci il - Türkmən və təkəli tayfalarının qiyamı.
1586-1589-cu illər - Azərbaycanın sultan III Muradın ordusu tərəfindən zəbt olunması.
1587-1629-cu illər - Şah Abbasın hakimiyyəti.
1587-ci il - Şah Abbasın Qəzvini tutması.
1587-1736-cı illər - Səfəvilər tarixinin dördüncü dövrü.
1590-1613-cü illər - Şirvan ipəyinin Venesiyaya aparılması.
1590-cı il - Səfəvi-Osmanlı sülh müqaviləsi. Azərbaycanın Osmanlının müstəqilliyinin nəzarətinə keçməsi.

1591-ci il - Təbriz üsyanı.
1593-cü il - Azərbaycanın bəylərbəylik şəkilində birləşməsi.
XVI əsr. 90-cı illəri-XVII əsr. – Cəlalilər hərəkatı əvvəli.
XVI əsr. sonu-XVII əsr. əvvəli - Azərbaycanın iqtisadi vəziyyətinin ağırlaşması.
XVI əsr. sonu-XVII əsr. əvvəli - Azərbaycanda kəndli çıxışları.
XVII əsr. əvvəli - Osmanlı imperiyasının tənəzzülü. Səfəvi dövlətinin dirçəlişi.

XVII əsr əvvəli - Tərzi Əfşar.
XVII əsr - Azərbaycan şəhərlərinin tənəzzülü.
XVII əsr - Azərbaycanda Yaxın və Orta Şərqin kənd təsərrüfatı məhsullarının bütün növlərinin yetişdirilməsi.
XVII əsr - Fars ədəbiyyatının tanəzzülü.
XVII əsr - Azərbaycan mədəniyyətinin zənginləşməsi.
XVII əsr - Sarı Aşıq.
XVII əsr - Aşıq Abbas Tufarqanlı.

1603-cü il 21 oktyabr - I Şah Abbasın Təbrizi tutması.
1603-cü il 16 noyabr - İrəvan qalasının mühasirəyə alınması.
1603-1607-ci illər - Səfəvi-Osmanlı müharibələri.
1604-cü il 8 iyun - I Abbasın İrəvan qalasını tutması.
1605-ci il 7 noyabr - Təbriz yaxınlığında Süfiyan ətrafında döyüş.
1606-cı il - Cəlalilərin Azərbaycan ərazisinə yiyələnməsi.
1606-cı il 5 iyun - Gəncənin tutulması.
1607-ci ilin yanvarı - Bakıda üsyan.
1607-ci ilin martın əvvəli - Narınqalanın tutulması.
1608-ci il - Ərzurum ətrafında osmanlı qoşununun cəlalilər ilə toqquşması.
1610-cu ilin ortaları - Anadolu cəlalilərinin Səfəvi dövlətini tərk etməsi.
1613-cü il 16 oktyabr - I Şah Abbasın Azərbaycanın şimal vilayətlərinə və Gürcüstana yürüşü.
1616-cı ilin yazı - Sultan I Əhmədin Səfəvilərlə müharibəsi.
1616-cı il - Səfəvi dövlətində ingilis tacirlərinə ticarət hüququnun verilməsi.
1618-ci ilin sentyabrı - I Şah Abbasla Xəlil paşa arasında Mərənd sülhünün imzalanması.

1623-1640-cı illər - IV Muradın hakimiyyəti.
1624-1626-cı illər - Səfəvi qoşununun Bağdad uğrunda qələbəsi.
1625-ci il 30 iyun - Şah Abbasın gürcülər üzərində qələbəsi.
1628-ci il - Şah Abbasın Ost-Hind kompaniyasının nümayəndə heyətini qəbul etməsi.
1629-1642-ci illər - I Səfəvinin hakimiyyəti.
1631-1632-ci illər - Kazakların Azərbaycana və Bakıya basqını.
1634-cü il 10 avqust - Sultan IV Muradın İrəvan qalasını tutması.
1635-ci il 11 aprel - İrəvan qalasının geri alınması.
1638-ci il 25 dekabr - Bağdadın Türkiyənin əlinə keçməsi.
1639-1640-cı illər - Dərviş Rzanın tərəfdarlarının mübarizəsi.
XVII əsr. ortaları - Səfəvi dövlətində iqtisadi dirçəliş.
t. 1684-1760-cı illər - Xəstə Qasım.
XVIII əsr - Azərbaycan poeziyasının Qafqaz xalqlarının poeziyasına təsiri.
XVIII əsr. əvvəli - Səfəvi dövlətinin ağır iqtisadi və siyasi böhranı.

1703-1730-cu illər - III Əhmədin hakimiyyəti.
1707-ci il - Car və Balakən camaatının üsyanı.
1709-cu il - Şəki və Şirvanda kəndlilərin üsyanı.
1709 və 1711-ci illər - Təbriz üsyanı.
1709-1715-ci illər - Soucbulağ və Muğanda üsyan.
1720-1721-ci illər - Azərbaycanda və Cənubi Dağıstanda İrana qarşı mübarizə.
1722-ci il 15 iyun - I Pyotrun Azərbaycan dilində «Bəyannamə» nəşr etməsi və Azərbaycan vilayətlərinə göndərilməsi.
1722-1732-ci illər - II Təhmasibin hakimiyyəti.
1722-1758-ci illər - Hüseynəli xanın hakimiyyəti.
1723-cü il 12 iyul - Rus eskadrasının Bakını tutması.
1723-cü il 12 sentyabr - Xəzərsahili vilayətlərin zorla Rusiyaya birləşdirilməsi.
1723-cü ilin yazı - Ərzurum paşasının Gürcüstana daxil olması.

1724-cü il 12 iyul - Rusiya ilə Türkiyə arasında sülh müqaviləsinin imzalanması.
1724-ilin mayı - Abdulla paşanın Xoy qalasını tutması.
1724-cü il - Qarabağın Osmanlı Türkiyəsi tərəfindən tutulması.
1725-ci il iyul-avqustu - Təbrizin qismən tutulması.
1725-ci ilin oktyabrı - Sarı Mustafa paşanın Gəncəni tutması.
1725-ci ilin payızı - Türkiyənin Gürcüstan, Ermənistan və Azərbaycanı ələ keçirməsi.
1726-cı il - Cavad xanlığının Rusiyaya tabe edilməsi.
1726-cı il - Zəngəzurda üsyan.
1731-ci il - Qarabağın bütünlüklə zəbt edilməsi.
1732-ci il 16 yanvar - İranla Türkiyənin sülh müqaviləsi.
1732-ci il 21 yanvar - Rusiya-İran müqaviləsi.
1733-cü il - Bağdad ətrafında türk qoşununun məğlubiyyəti.
1734-cü ilin oktyabrı - Gəncə qalasının mühasirəsi.
1735-ci il 10 mart - Gəncə yaxınlığında Rusiya-İran müqaviləsinin imzalanması.
1735-ci ilin sonu - Türk qoşununun Qafqaziyədən çıxması.
1736-1747-ci illər - Nadir şahın hakimiyyəti.

1738-ci il - Carda üsyan.
1738-ci il - Pənahəli bəyin Qarabağa qayıtması.
1741-ci ilin yazı - Nadir şah ordusunun Azərbaycan və Dağıstanda məğlubiyyəti.
1743-cü ilin oktyabrı - Şirvan üsyançılarının Ağsuyu tutması.
1743-1744-cü illər - Şirvan, Şəki, Təbriz, Xoy və Salmasadayeni üsyanlar.
1744-cü il 31 iyul - Nadir şahın Qars istiqamətində yürüşü.
1744-cü il 29 noyabr - Nadir şahın Şəkiyə yürüşü.
1745-ci il 13 fevral - İran qoşununun Şəkiyə ikinci yürüşü.
1745-ci ilin ortaları - Türkiyə-İran arasında hərbi əməliyyat.
1748-ci il - Bayat qalasının tikilməsi.
1748-1763-cü illər - P'nahəli xanın hakimiyyəti.
XVIII əsr. ortaları - Azərbaycanda müstəqil və yarımmüstəqil dövlətlərin meydana gəlməsi.
XVIII əsr. 2-ci yarısı - Azərbaycanda Rusiyaya meylin güclənməsi.
XVIII əsr. 2-ci yarısı - Azərbaycanın iqtisadiyyatında durğunluq.
1752-ci il 21 mart - II İraklinin xəyanəti. Kartli-Kaxet çarlarının xanlarla Gəncə yaxınlığında görüşü.

1755-ci il - Çələbi xanın Şamaxı və Qubanın birləşmiş qüvvələrilə toqquşmada məğlubiyyəti.
1755-ci il - Hacı Çələbinin ölümü.
1755-1757-ci illər - Şuşa qalasının tikilməsi.
1757-ci il - Məhəmməd Həsən xan Qacarın Qarabağa yürüşü.
1757-ci il - Salyan xanlığının Qubaya birləşdirilməsi.
1758-1789-cu illər - Fətəli xan Əfşarın hakimiyyəti.
1759-cu ilin noyabrı - Dərbəndin Qubaya birləşdirilməsi.
VIII əsr. 60-80-cı illəri - Feodal zülmünə qarşı çıxışlar.
1760-cı il - Fətəli xan Əfşarın Qarabağa hücumu.
1762-cı il - Fətəli xan Əfşarın Azərbaycana yürüşü.
1762-ci il - Kərim xan Zəndin Azərbaycana hücumu.
1763-1806-cı illər - İbrahimxəlil xanın hakimiyyəti.
1766-cı il - Bakının Qubaya birləşdirilməsi.
1768-ci ilin avqustu - Fətəli xanın Şamaxını tutması.

1768-ci il - Cavad xanlığının Qubaya birləşdirilməsi.
1768-1774-cü illər - Rusiya-Türkiyə müharibəsi.
1769-cu ilin iyulu - Fətəli xanın Hüseyn xanla müqaviləsi.
1774-cü il - Birləşmiş qüvvələrin Qubaya hücumu.
1774-cü il - II Yekaterinanın Türkiyə ilə müqaviləsi.
1779-cu il - Nuxa qalasının tutulması.
1780-1781-ci illər - Fətəli xanın Qarabağa yürüşləri.
1782-ci il - İbrahimxəlil xanın Peterburqa elçi göndərməsi.
1783-cü il - Gürcüstanın Rusiyanın tabeliyinə keçməsi.
1783-cü il - Tərkinin Rusiyaya birləşdirilməsi.
1783-cü il - Krımın ilhaq edilməsi.
1784-cü il - Fətəli xanın Azərbaycanın cənubuna yürüşü.
1785-ci il - Fətəli xanın Şəkini tutması.
1785-ci il - Quba xanlığının Gürcüstan ilə ittifaqı.
1786-1857-ci illər - Qasım bəy Zakir.
1789-cu il - Mərənd yaxınlığında döyüş. Qarabağ qoşununun məğlubiyyəti.
1789-1791-ci illər - Əhməd xanın hakimiyyəti.
1791-1810-cu illər - Şeyxəli xanın hakimiyyəti.
1794-cü il - İran qoşunlarının Əsgəran qalası yaxınlığında məğlubiyyəti.
1794-1852-ci illər - Mirzə Şəfi Vazeh.
1794-1847-ci illər - Abasqulu ağa Bakıxanov.
1795-ci il - Şuşanın mühasirəsi.
1795-ci il - Ağa Məhəmməd xan Qacarın Azərbaycana yürüşü.
1796-cı il -Rus qoşunlarının Azərbaycana hərbi yürüşü.
1797-ci il - Ağa Məhəmməd xan Qacarın Azərbaycana ikinci yürüşü.
1797-ci il - Ağa Məhəmməd xan Qacarın Şuşaya gəlməsi.

1801-ci il - 12 sentyabr Şərqi Gürcüstanın, Qazax və Şəmsədilini Rusiyaya birləşdirilməsi.
1802-1870-ci illər Mirzə Kazım bəy.
1802-ci il 26 dekabr - Georgiyevsk anlaşması.
1803-cü il 29 mart - Rus qoşunlarının Car-Balakəni tutması.
1804-cü il 3 yanvar - Gəncənın rus qoşunları tərəfindən işğalı.
1804-cü ilin əvvəli - Rus qoşunlarının Zaqatala yaxınlığında məğlubiyyəti.
1804-1813-cü illər - Rusiya-İran müharibəsi.
1805-ci il 14 may - Qarabağ xanlığının Rusiyaya ilhaq edilməsi haqqında Kürəkçay müqaviləsinin imzalanması.
1805-ci il 21 may - Şəki xanlığının Rusiyaya birləşdirilməsi haqqında müqavilənin imzalanması.
1805-ci il 25 (27) dekabr - Şirvan xanlığının Rusiyaya qatılması.
1806-cı il 8 fevral - General SisyanovunBakı ətrafında öldürülməsi.
1806-cı il - Qarabağ xanı İbrahim xanın ailəsi ilə birlikdə öldürülməsi.
1806-cı il - Şəki xanlığında rus işğalına qarşı üsyan.
1806-cı il 22 iyun - Dərbəndin işğalı.

1806-cı il oktyabr - Bakı və Quba xanlığının işğalı.
1806-cı il 3 oktyabr - Bakı xanlığının ləğv edilib Bakı dairəsinin yaradılması.
1806-1812-ci illər - Rusiya-Türkiyə savaşı.
1807-ci ilin sonu - Şəkidə çar idarə üsulunun bərqərar olması.
1809-1894-cü illər - Mirmehdi Xəzani.
1810-cu il - Əsgəran danışıqları.
1810-cu il - Quba xanlığının ləğv edilib Quba əyalətinin yaradılması.
1810-1811-ci illər - Quzey Azərbaycanda çar ordusuna qarşı çıxışlar.
1812-ci il 16 may - Rusiya və Türkiyə arasında Buxarest barışıq müqaviləsi.
1812-1873-cü illər - Əbülqasim Nəbati.
1812-1878-ci illər - Mirzə Fətəli Axundov.
1813-cü il 1 yanvar - Lənkəranqalasının Rus qoşunları tərəfindən alınması.
1813-cü il 12 oktyabr - Gülüstan sülh müqaviləsi.
1818-ci il 31 mart - Qazax, Şəmsədil və Borçalıda ağa və kəndlilər arasında münasibətləri
nizamlayan "Əsasnamə"nin qəbul olunması.
1819-cu il - Şəki xanlığının, Qazax və Şəmsədil sultanlıqlarının ləğv edilməsi.
1819-1820-ci illər - Şəmsədildə rus ağalığına qarşı üsyan.
1820-ci il - Şirvan xanlığının ləğv edilməsi.
1821-ci il - Transqafqazda "İmtiyazlı gömrük" adlanan ticarət qanununun qəbul edilməsi.
1822-ci il - Qarabağ xanlığının ləğv edilməsi.
1824-cü il - Quba bəylərinin torpaq hüquqlarını nizamlayan "Əsasnamə"nin qəbul olunması.
1825-1879-cu illər - Mirzə Qədim İrəvani.
1826-cı il - Talış xanlığının ləğv edilməsi.

1826-1828-ci illər - II Rusiya-İran müharibəsi.
1826-cı il - Quzey Azərbaycanda "ümummüsəlman üsyanı".
1826-cı ilin sentyabrı - Şəmkir və Gəncə yaxınlığında rus ordusunun qələbəsi.
1827-ci il yanvar - Rus qoşunlarının Əhəri işğal etməsi.
1827-ci il 20 aprel - Xudafərin körpüsünün rus qoşunları tərəfindən tutulması.

1827-ci il 26 iyun - Naxçıvanın ruslar tərəfindən tutulması.
1827-ci il 1 oktyabr - İrəvanın ruslar tərəfindən işğalı.
1827-ci il 13 oktyabr - Rusların Təbrizi işğal etməsi.
1827-ci il - Şəkidə ilk ipək emalı fabrikinin təsis olunması.
1828-ci il 28 yanvar - Urmiyanın işğalı.
1828-ci il 8 fevral - Ərdəbilin işğalı.
1828-ci il fevral - Şeyx Səfi məqbərəsindən 166 dəyərli əlyazmanın Sankt-Peterburqa aparəlması.
1828-ci il 10 fevral - Türkmənçay müqaviləsi.
1828-ci ilin apreli - Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi.
1828-1830-cu illər - İran və Türkiyə ermənilərinin Qafqaza köçməsinin mütəşəkkil xarakter alması.

1829-cu il - Ədirnədə Rusiya-Türkiyə müqaviləsinin imzalanması.
1829-1897-ci illər - Hacı Mehdi Şükuri.
1830-cu il - Car-Balakən üsyanı.
1837-ci il - Quba üsyanı.
1837-1907-ci illər - Mirzə Əli xan Ləli.
1838-ci il - Şəki üsyanı.
1838-1910-cu illər - Əfhədi Marağayi.
1840-cı il - Komendant üsul-idarəsinin ləğvi.
1840-cı il - İnzibati və aqrar islahatlar.

1842-1907-ci illər - Həsən bəy Zərdabi.
1846-cı il 6 dekabr - Bəylərin hüquqları haqqında fərman.
1848-1852-ci illər - Babilər hərəkatı.
1850-ci il - Zəncanda babilər üsyanı.

XIX əsr. 2-ci yarısı - Kapitalizmin yaranması və inkişafı.
XIX əsr. 2-ci yarısı - Kapitalist sənayesinin inkişafı.
XIX əsr. 2-ci yarısı - Burjua və fəhlə sinifinin meydana çıxması.
1854-1926-cı illər - Nəcəf bəy Vəzirov.
1861-1943-cü illər - Cabbar Qaryağdı.
1862-1911-ci illər - Mirzə Ələkbər Sabir.
1864-1940-cı illər - Əli bəy Hüseynzadə.
1865-1934-cü illər - Əlimərdan bəy Topçubaşov.
1866-1932-ci illər - Cəlil Məmmədquluzadə.
1866-1937-ci illər - Sultanməcid Qənizadə.

1868-1939-cu illər - Əhməd bəy Ağaoğlu.
1870-ci ildən başlayaraq - Fəhlə hərəkatı.
1870-ci il - Kəndli və inzibati islahatlar.
1870-1925-ci illər - Nəriman Nərimanov.
1870-1933-cü illər - Əbdürrəhim bəy Haqverdiyev.
1871-ci il - Buruq üsulu ilə neft quyusunun qazılması.
1872-ci il - Neft sənayesində iltizam sisteminin ləğvi.
1872-1950-ci illər - Məhəmməd Səid Ordubadi.
1873-cü il 22 mart - «Hacı Qara» komediyasının ilk tamaşası.
1873-1934-cü illər - Mirzə Əli Möcüz Şəbistəri.
1875-ci il - Təbriz dövlət məktəbinin (Təbriz Darülfünunun) açılması.
1875-ci il 22 iyun - «Əkinçi» qəzetinin nəşrinin başlanması.

1875-1939-cu illər - Süleyman Sani Axundov.
1876-cı il - Qori seminariyasının açılması.
1879-cu il - Qori seminariyasının Azərbaycan bölməsi.
1879-cu il - «Ziya» qəzetinin çıxması.
1897-1936-cı illər - İbrahim bəy Musabəyov.
1880-cı il - İlk telefon rabitəsinin yaranması.
1880-1890-cı illər - «Kaspi», «Bakinskiye izvestiya» və «Baku» qəzetləri (rus dilində).
1880-1891-ci illər - «Kəşkül» qəzeti.
1880-1919-cu illər - Əliqulu Qəmküsar.
1880-1943-cü illər - Əzim Əzimzadə.
1882-1946-cı illər - Əli Nəzmi.
1883-cü il - Qafqazda dəmir yolunun açılması.
1884-1950-ci illər - Zülfüqar Hacıbəyov.
1884-1955-ci illər - Məhəmməd Əmin Rəsulzadə.
1885-1937-ci illər - Müslüm Maqomayev.
1885-1948-ci illər - Üzeyir Hacıbəyov.
1887-1943-cü illər - Yusif Vəzir Çəmənzəminli.
1888-1909-cu illər - Səid Səlmasi.
XIX əsr. son rübü - Qaçaq hərəkatı.
1894-cü il - Bakıda ilk kitabxananın açılması.

1895-ci il - İlk mütəşəkkil tətil.
1896-cı il - Qaçaq Nəbinin öldürülməsi.
1898-1922-ci illər - Bəhruz Kəngərli.
1899-cu il - Bakıda 6 sosial-demokrat hərəkatının genişlənməsi.

Davamı (XX-XXI əsrlər)

Xəbərlər
Redaktorun seçimi