www.azerbaycanli.org - analitika və xəbər portalı
www.azerbaycanli.org saytı Effektiv Təşəbbüslər Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə 2008-ci ildən həyata keçirilən “Milli eyniyyətdən qlobal dünyaya pəncərə” layihəsi çərçivəsində yaradılıb.
Sayt Azərbaycanın tarixi, bu günü, siyasi, iqtisadi, mədəni inkişafı, ölkəmizin dünyaya inteqrasiyası, Qarabağ problemi, azərbaycanlı diasporu haqqında ən çeşidli məlumatları əks etdirən, azərbaycançılığın dünya azərbaycanlılarını birləşdirən ideya və Azərbaycanı dünyaya tanıdan milli-mənəvi irs olaraq öyrənilməsi və təbliğinə həsr olunmuş elektron-məlumat bazası və analitik-xəbər portalı kimi nəzərdə tutulub.
Saytın Azərbaycan dilində versiyası 2009-cu ilin yanvarında, rus dilində versiyası 2009-cu ilin iyulunda işə salınıb. İngilis dilində versiyası 2011-cİ ildə qismən (pilot rejimdə) fəaliyyətə başlayıb.
QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə” layihəsi çərçivəsində 2008-ci ildə saytla yanaşı, "Azərbaycan tarixi günbəgün" kitabı hazırlanaraq nəşr edilib.
2009-cu ildə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə layihənin ikinci mərhələsi ("Azərbaycanın dünyaya inteqrasiyası: tarix və mədəni irsin təbliği") həyata keçirilib. Bu mərhələdə saytın rus dilində versiyası hazırlanıb. Həmçinin, saytda "Bizim təqvim" ("Tarixdə bu gün") bölməsi yaradılıb. Bölmə "Azərbaycan tarixi günbəgün" kitabının yenilənmiş və zənginləşdirilmiş elektron variantıdır.
Layihənin sonrakı mərhələlərində:
2010 – "Qarabağ - elektron xronoqraf" (Azərbaycan dilində)
2011 – “Qarabağ ədəbiyyatı” xronoqrafı (Azərbaycan dilində)
2012 – “Mədəniyyət gündəliyi”
2013 – “O taylı-bu taylı tariximiz: 1813-2013”
2014 – "Azərbaycançılıq"; "Азербайджанство" (Azərbaycan və rus dillərində)
2015 – “Qarabağ ədəbiyyatı” (rus dilində)
2016 – "Qarabağın tarixi - xronoqraf" (rus dilində)
2017 – "Война без правил" (rus dilində)
2018 – "Кровная память века" – «Blood Memory of the Century" (rus və ingilis dillərində)
2019 – "Mədəni müxtəliflik milli zənginlikdir" – "Культурное разнообразие – национальное богатство" – "Cultural diversity – National wealth" (Azərbaycan, rus, ingilis dillərində)
elektron topluları hazırlanaraq istifadəyə verilib.
* * *
2014-cü ildə layihə çərçivəsində azerbaycanlı.org saytının yenilənmiş variantı hazırlanıb. Genişlənən funksional imkanları ilə saytın üç dildə informativ-analitik və təbliğat portalına çevrilməsi son hədəfdir.
Bununla www.azerbaycanli.org Azərbaycanın tarix və bu gününün, milli-mədəni zənginliyinin dünyaya çatdırılmasına, dünya azərbaycanlıları arasında daha sıx informasiya mübadiləsinə yeni zəmin yaratmaqla yanaşı, hazırda geniş müzakirə olunan «Virtual Azərbaycan»ın formalaşmasına da praktik töhfə ola bilər.
Dünya azərbaycanlılarının vahid informasiya şəbəkəsinin yaradılması, ölkəmizin dünyada maraqlarının təmin olunması üçün virtual məkanın imkanlarından istifadə Azərbaycan dövlətinin prioritet saydığı məsələlərdəndir. Bu mühüm məqam «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası»nda (23 may 2007-ci il tarixli) və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında (29 dekabr 2012-ci il) da əksini tapıb.
Layihə rəhbəri: Vüqar Orxan (Əliyev) - vuqar@azerbaycanli.org
Redaktor: Xanlar Məmmədov - xanlar@azerbaycanli.org