Azərbaycan Respublikası Avropa Şurasının aşağıdakı sənədlərinin iştirakçısıdır:
- Ekstradisiya haqqında Avropa Konvensiyası və onun iki əlavə protokolu (26.09.2002-ci il tarixindən etibarən iştirakçısıdır);
- Cinayət işlərində qarşılıqlı yardım haqqında Avropa Konvensiyası və ona əlavə protokol (02.10.2003-cü il tarixindən etibarən iştirakçısıdır);
- Terrorçuluğun qarşısının alınması üzrə Avropa Konvensiyası və ona əlavə Protokol (müvafiq olaraq 12.05.2004-cü il tarixindən və 02.12.2008-ci il tarixindən etibarən iştirakçısıdır);
- Fərdi məlumatların avtomatik işlənməsi ilə bağlı şəxslərin qorunmasına dair Konvensiya (01.09.2010-cu il tarixindən etibarən iştirakçısıdır);
- Məhkum olunmuş şəxslərin verilməsinə dair Konvensiya (01.05.2001-ci ci il tarixindən etibarən iştirakçısıdır)
- İdman tədbirləri, o cümlədən futbol oyunları zamanı zorakılığın və xuliqanlığın qarşısının alınması haqqında Avropa Konvensiyası (01.05.2000-ci il tarixindən etibarən iştirakçısıdır);
- Avropa Mədəniyyət Konvensiyası (25.04.1997-ci il tarixindən etibarən iştirakçısıdır);
- Avropanın memarlıq irsinin qorunmasına dair Konvensiya (01.06.2010-cu il tarixindən etibarən iştirakçısıdır);
- Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası (01.08.2002-ci il tarixindən etibarən iştirakçısıdır)
- İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında Avropa Konversiyasının və onun 1 və 2 saylı Protokolları (01.08.2002-ci il tarixindən etibarən iştirakçısıdır);
- Vergi məsələlərində qarşılıqlı inzibati yardım haqqında Konvensiya (01.10.2004-cü il tarixindən etibarən iştirakçısıdır);
- Dopinqə qarşı Konvensiya və ona əlavə protokol (müvafiq olaraq 01.01.2004-cü il tarixindən və 01.06.2004-cü il tarixindən etibarən iştirakçısıdır);
- Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında Konvensiya (01.11.2003-cü il tarixindən etibarən iştirakçısıdır);
- Arxeoloji irsin qorunması haqqında Avropa Konvensiyası (dəyişdirilmiş) (29.09.2000-ci il tarixindən etibarən iştirakçısıdır);
- Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası (01.10.2000-ci il tarixindən etibarən iştirakçısıdır);
- Avropa Sosial Xartiyası (dəyişdirilmiş) (01.11.2004-cü il tarixindən etibarən iştirakçısıdır);
- Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya və ona əlavə Protokol (müvafiq olaraq 01.06.2004-cü il tarixindən və 01.08.2013-cü il tarixindən etibarən iştirakçısıdır);
- Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında Konvensiya (01.06.2004-cü il tarixindən etibarən iştirakçısıdır);
- Avropa Landşaft Konvensiyası (01.12.2011-ci il tarixindən etibarən iştirakçısıdır);
- Kibercinayətkarlıq üzrə Konvensiya (01.07.2010-cu il tarixindən etibarən iştirakçısıdır);
- İnsan alverinə qarşı Avropa Şurasının konvensiyası (01.10.2010-cu il tarixindən etibarən iştirakçısıdır) və s.