“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.11.2020, 10:00
445

“Biz birlikdə güclüyük!” – elektron toplu haqqında

Elektron toplu 2020-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə maliyyələşdirdiyi layihə əsasında hazırlanıb

 


 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə maliyyələşdirdiyi layihə əsasında  Azərbaycan, rus, ingilis dillərində “Biz birlikdə güclüyük” adlı elektron toplu yaradılıb.

“Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi Azərbaycandakı milli icmaları diaspor fəaliyyətinə təşviq etmək, ölkəmizin milli zənginliyini dünyaya tanıtmaqdır.

Azərbaycanda tarixən mövcud olmuş milli müxtəlifliyin, multikultural və tolerant cəmiyyətin inkişaf  etdirilməsi bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycançılıq ideologiyasının banisi, ümummilli lider Heydər Əliyev bir fikri xüsusi vurğulayırdı ki, çoxmillətli ölkə olmağımız bizim sərvətimizdir və bunu nümunə kimi dünyaya təqdim etməliyik. Bu gün ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri dinc yanaşı yaşayır və Azərbaycanın ümumi tərəqqisinə öz töhfələrini verirlər.

Müasir zamanın yeni çağırışları fonunda hər bir ölkənin dünyada mövqeyinin, beynəlxalq nüfuzunun artması üçün mütəşəkkil diasporun olması da mühüm amildir. Çoxmillətli ölkənin güclü diasporunun formalaşması eyni zamanda bu prosesdə milli icmaların yaxından iştirakını, eləcə də digər dost xalqların diasporları ilə əməkdaşlığı zəruri edir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi son dövrlər bu istiqamətlərdə aktiv fəaliyyət göstərir, o cümlədən müxtəlif ölkələrin diaspor təşkilatları ilə əlaqələri inkişaf etdirir. Yaşadığımız pandemiyanın doğurduğu reallıqlar göstərir ki, bu xüsusda internet məkanında da çox iş görmək olar.

Üç dildə tərtib edilən yeni informasiya resursu Azərbaycandakı milli zənginliyi əks etdirmək, milli icmaları ümum-Azərbaycan maraqları naminə həmrəyliyə təşviq etməklə bərabər, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə fəaliyyətinə ictimai dəstək məqsədi daşıyır.

“Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyi 2009-cu ildən QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “azerbaycanli.org – milli eyniyyətdən qlobal dünyaya pəncərə” platformasında silsilə layihələr həyata keçirir. Yeni layihə çərçivəsində təşkilatın 12 ildir fəaliyyət göstərən saytı (www.azerbaycanli.org) da dizayn baxımdan yenilənib və üç dildə (Azərbaycan, rus, ingilis) daha geniş imkanlara malik proqram təminatı yaradılıb.

“Biz birlikdə güclüyük” adlı elektron toplu hər üç dildə təşkilatın saytında yerləşdirilib.

https://azerbaycanli.org/page/488

https://azerbaycanli.org/ru/page/488

https://azerbaycanli.org/en/page/488

 

Xəbərlər
Redaktorun seçimi