“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.08.2013, 09:17
1834

Azərbaycan tarixi günbəgün: 26 avqust

A- A+

26 avqust 1892 – Cənubi Azərbaycanda milli hərəkat liderlərindən Seyid Cəfər Pişəvəri Xalxal mahalının Zeyvə kəndində anadan olub...

 

26 avqust 837 – Bəzz qalası yaxınlığında Babək Xürrəminin qoşunları ilı Xilafət ordusu arasında sonuncu döyüş olub. Xürrəmilər məğlub olublar. Xilafət qoşunları Bəzzi ələ keçirərək yandırıblar. Babək qalanı tərk etsə də, erməni Səhl ibn Sumbatın xəyanəti nəticəsində ərəb qoşunları tərəfindən əsir götürülərək Xilafətin paytaxtı Samirə şəhərinə aparılıb və 838-ci ilin martında edam edilib.

 

26 avqust 1071 – Sultan Alp Arslanın başçılıq etdiyi Səlcuq ordusu ilə Bizans imperatoru Romen Diogenin qoşunları arasında Məlazgird döyüşü baş verib. Alp Arslanın 50 minlik süvari ordusu bizansların 200 minlik qoşunu üzərində qələbə çalıb. Bu qələbədən sonra oğuz türklərinin Səlcuqlar dövləti Qafqaz-Yaxın Şərq regionun hegemon gücünə çevrilib.

 

26 avqust 1892 – Cənubi Azərbaycanda milli hərəkat liderlərindən Seyid Cəfər Pişəvəri (1892-1947) Xalxal mahalının Zeyvə kəndində anadan olub. 1945-ci il dekabrın 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Cənubi Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin baş naziri təyin edilib. Sovet İttifaqı sol təmayüllü Pişəvəri hökumətinə dəstək vəd etsə də, bunu etməyib. II Dünya müharibəsinin başa çatması ilə sovet qoşunları Cənubi Azərbaycanı (İranı) tərk etdikdən sonra İran şah rejimi Pişəvəri hərəkatını dağıdıb. Sovet Azərbaycanına mühacirət edən Pişəvəri 1947-cı il iyunun 12-də burada müəmmalı şəkildə həlak olub.

 

26 avqust 1949 – Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Hacı Allahşükür Paşazadə Lənkəran rayonunun Cil kəndində anadan olub. Buxara və Daşkənddə dini  təhsil alıb. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib, Şeyx-ül-islam dərəcəsinə yüksəlib.  1992-ci ildə Azərbaycan, Gürcüstan və Şimali Qafqaz din xadimlərinin toplantısında Qafqaz xalqlarının Ali Dini Şurasının sədri seçilib.

 

26 avqust 1964 – Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva anadan olub. 2004-cü ildən UNESCO-nun, 2006-cı ildən İslam Konfransı Təşkilatının elm, təhsil və mədəniyyət üzrə qurumu olan İSESCO-nun Xoşməramlı səfiridir. 2005-ci ildə Milli Məclisin deputatı seçilib. Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Azərbaycan Mədəniyyətinin Dostları Fonduna rəhbərlik edir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi 

 

Xəbərlər
Redaktorun seçimi