“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.08.2013, 10:41
1490

Azərbaycan tarixi günbəgün: 29 avqust

A- A+

29 avqust 1993 – Azərbaycanda «Prezident Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında» ümumxalq səsverməsi - referendum keçirilib...

 

29 avqust 1890 - Şair Məhəmmədəli Şəfainin (1890- 1967) doğum günüdür.

 

29 avqust 1920 – Azərbaycanın Müvəqqəti İnqilab Komitəsi ölkədə taxıl ticarətinin inhisara alınması haqqında dekret verib. Bununla yanaşı, hökumət ölkədə ərzaq böhranını aradan qaldırmaq üçün “ərzaq sapalağı» sisteminin tətbiqi barədə dekret vermişdi. «Ərzaq sapalağı»na əsasən, kəndlilər tədarük etdikləri məhsulun artıq hissəsini hökumətin müəyyən etdiyi qiymətə (bazar qiymətindən ucuz) dövlətə satmalı idilər.

 

29 avqust 1960 - Tanınmış telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Fuad oğlu Mustafayev (1960 - 15.06.1992) anadan olub.

 

29 avqust 1965 - Görkəmli tarzən, Xalq artisti Qurban Pirimov (26.10.1880-1965) vəfat edib. 

 

29 avqust 1991 – Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası işə başlayıb. Müxalifətin və parlamentdəki demokratik qüvvələrin tələbi ilə sessiyanın gündəliyinə Azərbaycanın dövlət müstəqilliyinin elan olunması, Milli Ordunun yaradılması barədə məsələlər salınıb. Lakin o vaxtkı respublika rəhbərliyi hər iki məsələyə müqavimət göstərirdi. Gərgin müzakirələrdən sonra müstəqillik barədə məsələ gündəliyə salındı. Sessiyada iştirak edən deputat Heydər Əliyev (340 saylı Nehrəm (Babək, Naxçıvan) seçki dairəsi) Azərbaycanın müstəqilliyinin gecikdirilmədən elan olunması təklifi ilə çıxış edib.

 

29 avqust 1993 – Azərbaycanda «Prezident Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında» ümumxalq səsverməsi - referendum keçirilib. MSK-nın rəsmi məlumatına görə, referendumda ölkə üzrə qeydə alınmış seçicilərin 92 faizi iştirak edib. Referenduma çıxarılan "Siz Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyə etimad göstərirsinizmi?" sualına səsvermədə iştirak edənlərin 97,5 faizi "yox", 2,1 faizi "hə" cavabı vermişdi. Referendumun nəticəsinə əsasən, Milli Məclis növbədənkənar prezident seçkilərinin (3 oktyabr 1993) keçirilməsi barədə qərar qəbul etdi.

 

29 avqust 2005 - Azərbaycanda İctimai Televiziya yayıma başlayıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi 

 

Xəbərlər
Redaktorun seçimi