“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.08.2013, 10:38
1243

Azərbaycan tarixi günbəgün: 3 avqust

A- A+

3 avqust 1993 – Bakıda ilk beynəlxalq peyk rabitə sisteminin açılışı olub. ABŞ-ın "IDB" şirkətinin quraşdırdığı kompleks Azərbaycanı beynəlxalq telekommunikasiya sisteminə qoşub...

 

3 avqust 1920 – Quba qəzasının Dəvəçi və Quba dairələrində Həmdulla Əfəndinin (süqut etmiş Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin deputatı) və Mayılın başçılığı altında sovetləşmə əleyhinə kəndli çıxışları başlanıb. Üsyanın yatırılmasından sonra Azərbaycanda bolşevik işğalına qarşı kütləvi çıxışlar nisbətən səngidi. Bundan sonra respublikada güclü antisovet çıxışları 20-ci illərin sonu-30-cu illərin əvvəlində kütləvi kolxozlaşma zamanı özünü göstərdi.

 

3 avqust 1941 – Böyük Vətən müharibəsində Sovet Ordusu tərkibində azərbaycanlılardan ibarət ilk qoşun birləşməsi - 402-ci diviziya təşkil olunub. Bu arada SSRİ və Böyük Britaniya qoşunlarının kontingenti Hitler Almaniyası qüvvələrinin cənub cinahından (Türkiyə və İran üzərindən) Sovet İttifaqına mümkün hücumunu önləmək üçün İran (Cənubi Azərbaycan) ərazisinə yeridilməyə başlamışdı. Sovet qoşunları Cənubi Azərbaycanda 1945-ci ilədək qaldı.

 

3 avqust 1993 – Bakıda ilk beynəlxalq peyk rabitə sisteminin açılışı olub. Amerika Birləşmiş Ştatlarının "IDB" şirkətinin quraşdırdığı kompleks Azərbaycanı beynəlxalq telekommunikasiya sisteminə qoşub. Açılış mərasimində Ali Sovetin sədri, Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyev iştirak edib.

 

3 avqust 1999 – Azərbaycanla Myanma (Birma) dövləti arasında diplomatik münasibətlərin qurulması haqqında protokol imzalanıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi