“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.08.2013, 10:54
1494

Azərbaycan tarixi günbəgün: 5 avqust

A- A+

5 avqust 1918 – Azərbaycanda hərbi donanmanın yarandığı gündür. Həmin gün Rusiya imperiyasının Xəzərdəki hərbi gəmilərinin bazasında Azərbaycan Xalq Cümhuriyyətinin donanması təşkil olunub...

 

5 avqust 1895 – Görkəmli alim, cərrah, ictimai xadim Mustafa Topçubaşov (1895-1981) İrəvanda anadan olub. 1930-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Tibb İnstitutunun cərrahlıq kafedrasına rəhbərlik edib. Azərbaycan SSR Elmlər Akademiysının ilk һәqiqi üzvlәrindәn biri (1945), SSRİ Tibb EA-nın akademiki (1960), Sosialist Әmәyi Qәһrәmanı (1975). Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti (1951-1956 vә 1969-1981) olub.

 

5 avqust 1906 – İranın Qacarlar sülaləsindən olan hökmdarı Müzəfərəddin şah ölkədə başlanan inqilab dağlasını və monarxiya əleyhinə kütləvi çıxışları səngitmək üçün Konstitusiyanın hazırlanması barədə fərman verib. Konstitusiyanın qəbulu İranda 1905-ci ildə başlanan və əsas liderlərindən biri azərbaycanlı Səttarxan olan inqilabın əsas tələblərindən idi. Konstitusiya 1906-cı ilin dekabrında qüvvəyə mindi və İran konstitusiyalı monarxiyaya çevrildi.

 

5 avqust 1918 – Azərbaycanda hərbi donanmanın yarandığı gündür. Həmin gün keçmiş Rusiya imperiyasının Xəzərdəki hərbi gəmilərinin bazasında Azərbaycan Xalq Cümhuriyyətinin hərbi donanması təşkil olunub. Xalq Cümhuriyyətinin hərbi donanması ilk mərhələdə cəmisi 6 qayıq və gəmidən ibarət olub. Azərbaycanın sovetləşməsindən sonra “Qırmızı Donanma” adlandırılan hərbi-dəniz qüvvələri bolşevik Rusiyasının (daha sonra isə SSRİ-nin) Xəzər Hərbi Donanmasının tərkibinə daxil olub. SSRİ-nin dağılmasından (1991) sonra donanma Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bölünüb və 1992-ci ilin iyulunda Azərbaycan hərbi gəmiləri ölkəmizin bayrağı altında reydə çıxıblar. Prezident Heydər Əliyevin 1996-cı ildə verdiyi fərmanla 5 avqust Azərbaycanda "Hərbi donanma günü" kimi qeyd olunur. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi