“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.08.2013, 10:06
1621

Azərbaycan tarixi günbəgün: 22 avqust

A- A+

22 avqust 2000 – Azərbaycan Respublikasının 2-ci prezidenti, milli-azadlıq hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy vəfat edib...

 

22 avqust 1819 – Azərbaycanda ilk alman koloniyası – Helenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarı I Aleksandrın təşəbbüsü ilə başlanmışdı. 1819-cu ilin yayında Vürtemberq krallığından olan icma Gəncə yaxınlığına gəlib çıxaraq burada məskən salıb. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salınıb. Azərbaycanda ən böyük alman koloniyası olan Helenendorf isə tədricən mühüm kənd təsərrüfatı (şərabçılıq) mərkəzinə çevrilib. 1938-ci ildə qəsəbə Xanlar adlandırılb, 1941-ci ildə isə Stalin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Milli Məclis yerli əhalinin müraciətinə əsasən Xanların Göygöl adlandırılması barədə qərar qəbul edib.

 

22 avqust 1965 – Tanınmış şairə, tədqiqatçı və yazıçı Nuridə Atəşi anadan olub. 1995-ci ildən Almaniyada yaşayır, bədii yaradıcılığını davam etdirir, eyni zamanda, ədəbi-tarixi tədqiqat, tərcümə sahəsində çalışır. Əsərlərini üç dildə - Azərbaycan, alman və türk dillərində yazır. Aktiv ictimai fəaliyyət göstərir, 2002-ci ildən Berlində təsis etdiyi Nizami Gəncəvi adına Mədəniyyət İnstitutuna rəhbərlik edir.  

 

22 avqust 1993 – Lənkəranda Ələkram Hümbətovun qondarma rejiminə ("Talış-Muğan Respublikası") qarşı xalqın kütləvi aksiyaları başlanıb. Ali Sovetinin sədri, prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevin televiziya ilə müraciətindən sonra minlərlə şəhər sakini etiraz mitinqinə çıxıb. Mitinq Ə.Hümbətovun quldur dəstəsi tərəfindən atəşə tutulub, 3 nəfər həlak olub. Ə.Hümbətov cinayətkar dəstəsi ilə dağlara qaçıb. Avqustun 23-də Lənkəran və ətraf rayonlarda qanuni hakimiyyət bərpa olundu. Ə.Hümbətov və dəstəsi həmin ilin payızında ələ keçirildi. Heydər Əliyevin siyasi təmkin və qətiyyəti sayəsində cənub bölgəsində qanunçuluq tam bərqərar edildi.

 

22 avqust 1999 – Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağ nizamlanmasına dair növbəti görüş keçirilib. Tərəflər sülh prosesini sürətləndirmək barədə razılığa gəliblər.

 

22 avqust 2000 – Azərbaycan Respublikasının 2-ci prezidenti, milli-azadlıq hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy (1938-2000) Türkiyədə, Gülhanə Hərbi Tibb Akademiyasında (Ankara) vəfat edib. Prezident Heydər Əliyev Elçibəyin vəfatı ilə bağlı televiziya ilə çıxış edərək başsağlığı vermiş, dövlət tərəfindən rəsmi dəfn komisiyyası təşkil edilmişdi. Əbülfəz Elçibəy avqustun 23-də Bakıda, Fəxri Xiyabanda dəfn olundu. Prezident Heydər Əlıyev  Əbülfəz Elçibəyin dəfn mərasimində iştirak etmişdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi