“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.08.2013, 10:13
1534

Azərbaycan tarixi günbəgün: 11 avqust

A- A+

11 avqust 1473 – Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu qoşunları ilə Osmanlı sultanı II Mehmet Fatehin qoşunları arasında Otluqbeli döyüşü baş verib...

 

11 avqust 1473 – Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu qoşunları ilə Osmanlı sultanı II Mehmet Fatehin qoşunları arasında Otluqbeli (Tərcan) döyüşü baş verib. Döyüş Osmanlı ordusunun qələbəsi ilə nəticələnib. Bununla türk qoşunları bir qədər əvvəl (1 avqust 1473) Malatya döyüşündə aldıqları məğlubiyyətin əvəzini çıxıblar. Bu döyüş Ağqoyunlu-Osmanlı müharibəsinin (1472-1473) taleyini ikincinin xeyrinə həll edib. Uzun Həsən müharibədə Avropa dövlətlərindən yardım vədi alsa da, bu, gerçəkləşmədi. Əslində Avropa dairələri iki güclü türk dövlətinin savaş meydanında bir-birini zəif salmasında maraqlı idilər.

 

11 avqust 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ölkədə ümumi hərbi səfərbərlik haqqında qərar qəbul edib. Hərbi səfərbərlik qərarı ölkə üzrə 18-45 yaşı arasında hərbi mükəlləfiyyətli bütün vətəndaşları əhatə edirdi. Qərara əsasən, qısa müddətdə 5 minədək şəxs Xalq Cümhuriyyətinin Milli Ordusu sıralarına səfərbər olmuşdu. Bu arada Azərbaycan-türk (Osmanlı) birləşmiş qüvvələri Bakının azad olunması üçün həlledici hücuma hazırlaşırdı.

 

11 avqust 1992 – Ankarada Türkiyə və Azərbaycan xarici işlər nazirləri tərəfindən konsulluq sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş Türkiyənin Naxçıvanda, Azərbaycanın isə İstanbulda baş konsulluğunun açılmasını nəzərdə tuturdu.

 

11 avqust 2002 – Ermənistanın Dağlıq Qarabağda qurduğu marionet rejimdə "prezident seçkisi" keçirilib. Yerevanın və xaricdəki erməni lobbisi nümayəndələrinin "müşahidə etdiyi" qondarma seçki heç bir beynəlxalq qurum və ölkə tərəfindən tanınmadı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi