“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.08.2013, 10:12
1455

Azərbaycan tarixi günbəgün: 12 avqust

A- A+

12 avqust 1805 – Rusiya-İran müharibəsi gedişində rus qoşunları Bakı xanlığının strateji məntəqələrini ələ keçirərək şəhəri mühasirəyə alıblar...

 

12 avqust 1805 – Rusiya-İran müharibəsi (1804-1813) gedişində rus qoşunları Bakı xanlığının strateji məntəqələrini ələ keçirərək şəhəri mühasirəyə alıblar. Lakin general Pavel Sisianovun başçılıq etdiyi Rusiya qoşunları müvəffəqiyyət qazanmayaraq geri çəkiliblər. 1806-cı ilin yanvarında artıq Şirvan xanlığını da işğal etmiş general Sisianovun qoşunları yenidən Bakıya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar aparılan zamanı general Sisianov öldürüldü. Rus qoşunları 1806-cı ilin oktyabrında Bakını aldılar.

 

12 avqust 1926 – Xalq şairi Qabil (İmamverdiyev) (1926-2007) anadan olmuşdur. Azərbaycan poeziyasında özünəməxsus dəyərli yer tutan Qabil respublikamızın ali dövlət mükafatları olan "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunub. 

 

12 avqust 1942 – Hərbi tarixçi, jurnalist və publisist Şəmistan Nəzərli anadan olub. Azərbaycanın hərb tarixi, tanınmış azərbaycanlı generallarının həyatına dair kitabların müəllifidir.

 

12 avqust 1993 – ATƏT-in Minsk qrupunun toplantısında BMT Təhlüəksizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 822 (Kəlbəcərin işğalı ilə bağlı) və 853 (Ağdımın işğalı) saylı qətnamələrin yerinə yetirilməsi üzrə «Təxirəsalınmaz tədbirlər qrafiki» qəbul olunub. Sənəd erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxmasını nəzərdə tuturdu, lakin kağız üzərində qaldı. Erməni qüvvələri isə beynəlxalq birliyin laqeydliyi fonunda işğalın coğrafiyasını daha da genişləndirdilər. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi