“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.08.2013, 09:24
1583

Azərbaycan tarixi günbəgün: 14 avqust

A- A+

14 avqust 2002 – Naxçıvanda, Azərbaycan-Ermənistan sərhədinin Sədərək rayonu ərazisində prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında görüş keçirilib...

 

14 avqust 1930 – Sovet İttifaqının hökuməti ölkə ərazisində icbari ibtidai təhsil haqqında qərar qəbul edib. SSRİ Xalq Komissarları Sovetinin qərarına əsasən, 1930-1931-ci tədris ilindən etibarən 8-10 yaşında olan bütün uşaqlar məcburi qaydada ibtidai təhsilə (1-3-cü siniflər) cəlb edilməli idilər. Qərarda həmçinin şəhər və qəsəbələrdə 7-illik icbari (natamam orta) təhsil sisteminə keçid nəzərdə tutulmuşdu. Qərarın icrası Azərbaycanda da savadsızlığın ləğvi sahəsində mühüm mərhələ oldu.

 

14 avqust 1989 – Bakıda Xalq Cəbhəsinin təşkilatçılığı ilə genişmiqyaslı mitinqlər və kütləvi tətillər başlanıb. Tətil və mitinqlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından etnik təmizlənməsinə etiraz olaraq keçirilirdi. Tətil dalğası təxminən iki ay davam etdi. Respublikanın kommunist rəhbərliyinə ünvanlanan tələblərdən biri də Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında qanunun qəbul edilməsi barədə idi. Həmin qanun 1989-cu il sentyabrın 23-də qəbul olundu. 

 

14 avqust 2002 – Naxçıvanda, Azərbaycan-Ermənistan sərhədinin Sədərək rayonu ərazisində prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında təkbətək görüş keçirilib. Bu, Azərbaycan və Ermənistan prezidentləri arasında 1999-cu ildə başlanan təkbətək görüşlərin sayca 21-cisi idi. Dörd saat davam edən görüşdən sonra açıqlama verən prezidentlər danışıqlardan ümumən razılıq ifadə etsələr də, ortada heç bir nəticənin olmadığını bildirdilər. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi