“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.10.2020, 15:00
285

İşğaldan azad edilmiş yurd yerlərimiz: 27 sentyabr – 23 oktyabr

A- A+

Azərbaycan Ordusu dörd həftə ərzində Qarabağ torpağında 3 şəhər, 3 qəsəbə və 150-dək kəndi işğaldan azad edib...

Müzəffər Azərbaycan Ordusu Vətən torpaqlarını işğalçı Ermənistan silahlı qüvvələrindən təmizləməkdə davam edir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 23-də özünün rəsmi “Twitter” səhifəsində Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının ümumilikdə daha 13 kəndinin işğaldan azad olunduğunu bildirib.

Məlumatda qeyd olunur ki, Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndləri, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri, həmçinin Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri erməni işğalından azad edilıb.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

***

Qeyd edək ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 23-dək 3 şəhər, 3 qəsəbə və 150-dək kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 50-dən çox kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 30-dan çox kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Qubadlı rayonunun 4 kəndi, Tərtər rayonunun 3, həmçinin Ağdərə  və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.

Düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısını təqdim edirik:

 

27 sentyabr

Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri;

Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri;

Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər.

 

3 oktyabr

Tərtər rayonunun Suqovuşan və Talış kəndləri;

Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri;

Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi.

 

4 oktyabr

Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri.

 

9 oktyabr

Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi;

Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri;

Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndləri.

Tərtər rayonunun Çaylı kəndi.

 

14 oktyabr

Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri;

Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri.

 

15 oktyabr

Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri;

Füzuli rayonunun Arış kəndi;

Cəbrayıl rayonunun Doşulu kəndi.

 

16 oktyabr

Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri.

 

17 oktyabr

Füzuli şəhəri və Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri.

 

18 oktyabr

Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırılıb.

 

19 oktyabr

Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Alıkeyxanlı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri.

 

20 oktyabr

Zəngilan şəhəri və Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri;

Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri;

Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri;

Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri.

 

21 oktyabr

Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri;

Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri;

Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri.

 

22 oktyabr

Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi;

Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri;

Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri.

 

23 oktyabr

Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndləri;

Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli kəndləri;

Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri;

Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri.

Xəbərlər
Redaktorun seçimi