“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.09.2009, 09:26
373

Ermənipərəst konqresmenlər Türkiyə-Ermənistan razılaşmasının əleyhinədirlər

A- A+

Konqresmenlər tarix komissiyasının yaradılmasına və protokolların tətbiqin Qarabağ şərtinə dolayısı ilə bağlanmasına qarşı çıxırlar

ABŞ Konqresinin Ermənistanla dostluq qrupunun rəhbərləri Frenk Pallone və Mark Kirk Ankara ilə Yerevan arasındakı razılaşmaya qarşı çıxıblar. “Media forum” xəbər verir ki, konqresmenlər birgə açıqlamalarında protokollarla bağlı narahatlıq ifadə edərək Ankaranın Ermənistana ön şərt qəbul etdirməyə çalışdığını söyləyiblər. 

Konqresmenlər xüsusilə tarix komissiyasının yaradılmasına və protokolların tətbiqi prosesinin Dağlıq Qarabağ şərtinə dolayısı ilə bağlanmasına qarşı çıxıblar: “Bu razılaşmalara tarixi həqiqətin müzakirəsi və ya Qarabağ danışıqlarının daxil edilməsi istiqamətindəki hər hansı cəhd müzakirələrin məqsədinə tamamilə ziddir”.

Türkiyə, Ermənistan və İsveçrə Xarici İşlər nazirlikləri avqustun 31-də mətbuat üçün birgə açıqlama yayıblar. Açıqlamada bildirilir ki, Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”na dair daxili siyasi məsləhətləşmələrin başlanması üçün razılıq əldə ediblər.

Bu iki protokol ikitərəfli əlaqələrin müəyyən zaman içərisində normallaşdırılması üçün bir çərçivə təqdim edir. Türkiyə ilə Ermənistan arasında siyasi məsləhətləşmələr altı həftə ərzində tamamlanacaq. Bunun ardınca iki protokol imzalanacaq və hər iki ölkənin parlamentlərinin təsdiqi üçün təqdim olunacaq.

 

Mövzuya dair:

Səfir Hulusi Kılıç: “Belə bir vaxtda Azərbaycanın Türkiyəyə inanmağını gözləyirik”

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını nəzərdə tutan protokolların açıqlanmasından sonra başlanmış müzakirələrə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç münasibət bildirib.

Səfir APA-nın “Son hadisələrdən sonra Azərbaycan ictimaiyyətinə hansı mesajınız var?” sualına cavab olaraq bildirib ki, baş nazir Rəcəb Tayyib Ərdoğan və nazir Davudoğlunun açıqlamaları Qafqazda davamlı sülhün və beynəlxalq hüquq müstəvisində daimi sabitliyin təmin olunması üçün regional sülhün əldə olunması istiqamətində aparılan bütün proseslərdəki irəliləyişin vacibliyini göstərir.

“Ermənistanla aparılan danışıqlar prosesinin Azərbaycanın mənafeyinə zərər verməsindən söhbət gedə bilməz. Bu danışıqlar prosesinin Dağlıq Qarabağ və işğal altında olan torpaqlarla əlaqədar problemin həllinə təkan verəcəyinə inanıram. Bununla yanaşı, baş nazirimizin də dediyi kimi, imzalanacaq protokolların qüvvəyə minməsi üçün Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiq olunması lazımdır. Belə bir vaxtda Azərbaycanın Türkiyəyə inanmağını gözləyirik”, - deyə səfir Hulusi Kılıç bildirib.

Xəbərlər
Redaktorun seçimi