“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.08.2013, 09:25
1586

Azərbaycan tarixi günbəgün: 4 avqust

A- A+

4 avqust 2003 – ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri təyin edilib...

 

4 avqust 1783 – Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı) çar Rusiyasının himayəsinə keçməsi barədə Georgiyevsk traktatı imzalanıb. Sənədə əsasən, gürcü çarlığının tərkibində tarixi Azərbaycan torpaqları (Borçalı, Şəmsəddil və s.) da Rusiyanın faktiki nəzarətinə keçdi. Gürcü çarı II İrakli ilə Rusiyanın Qafqaz ekspedisiya korpusunun rəhbəri general Potyomkin tərəfindən imzalanan anlaşmaya görə, Rusiya Gürcüstanı Türkiyə (Osmanlı) və İranın hücumlarından qorumaq barədə öhdəlik götürmüşdü. Georgiyevsk anlaşması 1801-ci ildə Gürcüstanın Rusiyaya birləşdirilməsi üçün əsas oldu.

 

4 avqust 1918 – General Denstervilin komandanlıq ediyi ingilis hərbi qüvvələrinin ilk dəstəsi Bakıya gəlib. Bakıda hakimiyyəti ələ almış eser-menşevik və daşnak «Sentrokaspi diktaturası» Xalq Cümhuriyyəti və türk (Osmanlı) qüvvələrinin Qafqaz İslam Ordusunun Bakıya hücumunun qarşısını almaq üçün İrandakı ingilis qoşunlarını köməyə çağırmışdı. Ənzəli limanından yola çıxan ingilis desantının əsas hissəsi avqustun 9-17-də Bakı Bakı limanına yan aldı.

 

4 avqust 1992 – Azərbaycan Respublikası ilə Portuqaliya (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 7-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

 

4 avqust 2003 – Milli Məclisin növbədənkənar sessiyasında ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyinat olunmasına razılıq verilib. Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında (Ankara) müalicə olunan prezident Heydər Əliyev İlham Əliyevin baş nazir təyin olunmasına razılıq verilməsi ilə bağlı avqustun 2-də Milli Məclisə təqdimat göndərmişdi. Parlament səsvermədə iştirak edən 101 millət vəkilinin yekdil səsi ilə bu qərarı təsdiqləyib. Həmin gün dövlət başçısı Heydər Əliyev Konstitusiyanın 109-cu maddəsinə əsasən, İlham Əliyevin baş nazir təyin olunması barədə fərman imzalayıb. Prezidentin digər fərmanı ilə Artur Rasizədə baş nazir vəzifəsindən azad olunaraq baş nazirin 1-ci müavini təyin edilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi