“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
31.05.2013, 10:54
1671

Azərbaycan tarixi günbəgün: 31 may

A- A+

31 may 1906 - Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında Rusiya imperiyasının I Dövlət Dumasına seçkilər keçirilib. Dumaya beş azərbaycanlı deputat seçilib...

 

31 may 1568 - Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Qövsi Təbrizi (1568-1640) anadan olub. Füzuli ədəbi məktəbinin davamçısı kimi Azərbaycan şeirinin inkişafında mühüm rol oynayıb. Divanının iki qədim nüsxəsi London və Tbilisi muzeylərində saxlanılır.

 

31 may 1906 - Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında Rusiya imperiyasının I Dövlət Dumasına seçkilər keçirilib. İlk dəfə olaraq imperiyanın müsəlman əhalisi seçki prosesinə cəlb edilib. Bakı, Gəncə, İrəvan, Tiflis quberniyalarını əhatə edən seçkidə Dumaya beş azərbaycanlı deputat (Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov) seçilmişdi.

 

31 may 1912 - Azərbaycanın neft-qaz sənayesi sahəsində tanınmış alimi, professor Sabit Orucov (1912-1981) anadan olmuşdur. Sibirdə və Orta Asiyada yeni qaz yataqlarının kəşfi və istismarına rəhbərlik edib, SSRİ-nin qaz sənayesi naziri (1972-1981) olub.

 

31 may 1922 - Xalq artisti, görkəmli müğənni Sara Bəbiş qızı Qədimova (1922 – 12.5.2005) anadan olub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub, Azərbaycan musiqisinin xaricdə təbliğinə böyük töhfə verib.

* * *

1929 – Tanınmış bəstəkar, Xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov anadan olub. Uşaqlar üçün çoxsaylı musiqi əsərlərinin, 300-dən çox mahnının müəllifidir.

 

31 may 2001 - MDB dövlət başçılarının Minsk sammitində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Heydər Əliyev, Robert Koçaryan və Vladimir Putun arasında keçirilən görüşdə Qarabağ problemi müzakirə olunub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi 

Xəbərlər
Redaktorun seçimi