“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.05.2013, 10:02
1082

Azərbaycan tarixi günbəgün: 16 may

A- A+

16 may 1997 – Milli Məclis "Avropada adi silahlı qüvvələr haqqında" müqavilənin Cinah Sazişini ratifikasiya edib. Saziş keçmiş SSRİ-nin adi silah arsenalının yeni müstəqil dövlətlər arasında kvota bölgüsünü təsbitləyirdi...

 

16 may 1812 – Rusiya-Türkiyə (Osmanlı) mühəribəsinin (1806-1812) yekunlarına dair Buxarest sülh müqaviləsi imzalanıb. Sülhün şərtlərinə görə, Osmanlının nəzarətindəki Bessarabiya (indiki Moldovanın bir hissəsi) Rusiyaya birləşdirilib. Sənədə əsasən, Osmanlı dövləti Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğalı ilə razılaşdığını təsdiqləyib.

 

16 may 1907 – Azərbaycan tanınmış pediatrı və səhiyyə təşkilatçısı, professor Kubra Fərəcova (1907-1988) anadan olmuşdur. Azərbaycan SSR xalq səhiyyə komissarının müavini, səhiyyə naziri, respublika Ali Soveti Rəyasət Heyətinin katibi olub.

 

16 may 1992 – Azərbaycanda baş vermiş hakimiyyət çevrilişi parlament müstəvisində rəsmiləşib. Ali Sovet Ayaz Mütəllibovu prezident postunda bərpa etmək barədə 14 may tarixli qərarını ləğv edib. Hakimiyyəti ələ almış Xalq Cəbhəsinin təzyiqi ilə Ali Sovet sədrinin 1-ci müavini Ziyad Səmədzadə istefa verib, bu vəzifəyə Tamerlan Qarayev (parlament sədrinin müavini idi) seçilib. İki gün sonra Ali Sovetin sədri və prezident səlahiyyətlərinin icraçısı Yaqub Məmmədov da vəzifəsini tərk etdi.

 

16 may 1997 – Milli Məclis "Avropada adi silahlı qüvvələr haqqında" müqavilənin Cinah Sazişini ratifikasiya edib. 1990-cı ildə "Varşava bloku" (Sovet İttifaqı və müttəfiqləri) və NATO arasında bağlanmış müqavilənin Cinah Sazişi keçmiş SSRİ-nin adi silah (raketlər və nüvə silahı istisna olmaqla) arsenalının yeni müstəqil dövlətlər arasında kvota bölgüsünü yekun olaraq təsbitləyirdi. Bölgüyə əsasən, Azərbaycan, Ermənistan və Gürcüstan eyni miqdarda silah kvotası (220 tank, 220 zirehli texnika, 285 artilleriya qurğusu, 100 hərbi təyyarə və 50 vertolyot) nəzərdə tutulmuşdu. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi