“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.05.2013, 17:14
1482

Azərbaycan tarixi günbəgün: 8 may

A- A+

8 may 1992 – Ermənistan silahlı qüvvələri Azərbaycanın Şuşa şəhərini işğal ediblər.

8 may 1883 – Bakı-Tiflis-Batumi dəmir yolu xətti fəaliyyətə başlayıb. İnşası üç il sürən magistral Bakı neftinin Qara dəniz vasitəsilə Avropaya çıxışını, Azərbaycanın Rusiya imperiyası və Avropanın bazarları sıx iqtisadi əlaqələrini təmin etdi. 

 

8 may 1919 – Tanınmış bəstəkar və pedaqoq Soltan Hacıbəyov (1919-1974) Şuşada anadan olmuşdur. Vətənpərvərlik mövzusunda simfonik əsərlərin müallifi kimi tanınıb, Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub. Soltan Hacıbəyov 1974-cü il sentyabrın 19-da vəfat edib.

 

8 may 1992 – Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ən böyük azərbaycanlı yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal ediblər. Şuşanın işğalı həmin dövrdə respublikadakı faktiki hakimiyyətsizliyin, ordu hissələrinin siyasi oyunlara cəlb edilməsinin aşkar nəticəsi idi. Ermənilər Şuşanın işğalı ilə Dağlıq Qarabağa nəzarəti tamamilə ələ keçirdilər, Azərbaycanın bölgədə mühüm strateji mövqeyi əldən verməsi sonrakı itkilərə zəmin yaratdı. Rayonun 20 minə yaxın əhalisi didərgin düşdü. Bu itki ilə Azərbaycan mədəniyyətinə də ağır zərbə dəydi. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi talan edilmişdi.

 

8 may 1992 – Azərbaycan Respublikası İsveç və İtaliya ilə diplomatik əlaqələr qurub.

 

8 may 1994 - Rusiyanın ATƏT-in Minsk qrupundakı təmsilçisi Vladimir Kazimirovun Bakıya gətirdiyi "Bişkek protokolu" Azərbaycan tərəfindən imzalanıb. Sənədə Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa rayonu İH başçısı Nizami Bəhmənov, erməni tərəfdən Ermənistan parlamentinin sədri Babken Ararksyan və “DQR parlamentinin sədri” Karen Baburyan imza atmışdı. Atəşkəs haqqında şənəd mayın 12-də qüvvəyə mindi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi