“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.05.2013, 17:10
1593

Azərbaycan tarixi günbəgün: 7 may

A- A+

7 may 1938 – Azərbaycan SSR Ali Soveti Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul edib.

7 may 1920 – Azərbaycanın bolşevik hökuməti ordunun və donanmanın yenidən təşkil edilməsi barədə dekret verib. Qərarın icrası milli zabit kadrlarına qarşı repressiyalarla müşayiət olunurdu. Sovetləşmiş Azərbaycanın ordu və donanması isə formal olaraq 1922-ci ilədək mövcud oldu və SSRİ-nin yaranması ilə Sovet Ordusunun Qafqaz hərbi dairəsinin tərkibinə qatıldı. 

 

7 may 1926 – Tanınmış rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (1926 - 10.7.1969) anadan olub. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb, “Görüş”, “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “Leyli və Məcnun” , “Sehirli xalat” (Məmməd Hüseynovla birgə), “Qızmar günəş altında”, “Qanun naminə”, “İnsan məskən salır” və s. filmlərin quruluşçu rəssamı olub. 

 

7 may 1938 – Azərbaycan SSR Ali Soveti yerli əhalinin etirazına baxmayaraq Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul edib. Bununla belə, qərar həyata keçməmiş qaldı. 31 il sonra, 1969-cu il mayın 7-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti onu yenidən təsdiq etsə də, tezliklə respublika rəhbərliyinə gələn Heydər Əliyev qərarın icrasının qarşısını aldı. 

 

7 may 1992 – Tehranda İranın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin (Yaqub Məmmədov və Levon Ter-Petrosyan) görüşü olub. İkigünlük müzakirələrin yekunu olaraq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair birgə bəyanat qəbul olunub. Tehranda danışıqların getdiyi vaxtda erməni hərbi qüvvələrinin Şuşaya hücumu başlamışdı. 


7 may 1998 - Kinorejissor, operator, ssenarist, Xalq artisti Muxtar Dadaşov (11.9.1913 - 1998) vəfat edib. «Qanun naminə», «Bakıda küləklər əsir» və s. filmlərə quruluş verib. “Yeni horizont”, “Arşın mal alan” (1945, Əlisəttar Atakişiyevlə birgə) filmlərinin operatorudur. 

 

7 may 2003 – Milli Məclis Azərbaycanın 150 nəfərlik hərbi kontingentinin İraqdakı sülhyaratma əməliyyatlarında iştirakına razılıq verib. Sülhməramlı kontingent İraqa avqustda yola düşdü. Bu, Azərbaycan hərbçilərinin iştirak etdiyi üçüncü (Kosovo və Əfqanıstandan sonra) beynəlxalq sülhyaratma missiyası idi və 2008-ci ilin sonunadək davam etdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi