“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.05.2013, 11:05
1689

Azərbaycan tarixi günbəgün: 21 may

A- A+

21 may 1805 – Qarabağ xanlığından sonra Şəki xanlığı da Rusiyaya birləşdirilib. Rusiyanın Azərbaycan torpaqlarını istilası genişlənməyə başlayıb...

 

21 may 1805 – Rusiya-İran müharibəsi (1804-1813) gedişində Şəki xanlığının Rusiyaya birləşdirilməsinə dair ikinci Kürəkçay müqaviləsi bağlanıb. Mayın 14-də bağlanan birinci müqavilə ilə Qarabağ xanlığı Rusiyaya birləşdirilmişdi. Şəki xanı Səlim xanla Rusiyanın Qafqaz qoşunlarının komandanı general Sisianov tərəfindən imzalanan müqaviləyə əsasən, Şəki xanlığı müstəqil xarici siyasətdən imtina etmiş, ərazisində rus qoşunlarını yerləşdirməyə razılıq vermişdi. Rusiya isə xanlığın daxili işlərinə qarışmamaq barədə öhdəlik götürmüşdü. Lakin bu, işğal üçün, sadəcə, görüntü idi. Car-Balakən (1803), Gəncə (1804), Qarabağ və Şəki xanlıqlarının (1805) ələ keçirilməsi ilə Rusiyanın Azərbaycanın torpaqlarını istilası genişləndi.

 

21 may 1928 – Tanınmış aktrisa, Rusiyanın Xalq artisti Tamilla Ağamirova Bakıda anadan olub. 1952-ci ildən Moskvada “Romen” teatrında çalışıb. “Don Kixot” filmində (1957, “Lenfilm”) Altisidora rolu ilə tanınıb. Azərbaycanda “Onun böyük ürəyi” (Səmayə), “Əsl dost” (Bilqeyis), “Koroğlu” (Alagöz), “Yenilməz batalyon” (Xavər) filmlərində çəkilib. 

 

1988 - SSRİ rəhbərliyi Azərbaycan və Ermənistan arasında münaqişəni sahmanlamaq üçün hər iki müttəfiq respublikanın rəhbərlərini dəyişdirib. Ermənistan KP MK-nın plenumunda 1-ci katib Karen Dəmirçyan, Azərbaycan KP MK-nın plenumunda isə Kamran Bağırov (1983-cü ildən respublikaya rəhbərlik edirdi) vəzifələrindən kənarlaşdırılıb. Azərbaycan KP MK-nın 1-ci katibi postuna Ədbürrəhman Vəzirov seçilib.

 

21 may 1990 – 28 mayın “Azərbaycan dövlətçiliyinin bərpası günü” elan edilməsi barədə prezident fərmanı elan edilib. 1992-ci ildən 28 may Respublika günü kimi qeyd olunur.

 

21 may 1992 - Azərbaycanla Şri-Lanka dövləti (ölkəmizin müstəqilliyini 1992-ci il fevralın 12-də tanımışdı) arasında diplomatik münasibətlər qurulub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi 

Xəbərlər
Redaktorun seçimi