“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.05.2013, 17:32
1183

Azərbaycan tarixi günbəgün: 10 may

A- A+

10 may 1923 – Azərbaycanın ümümmilli lideri, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əlirza oğlu Əliyev (1923-2003) Naxçıvan şəhərində anadan olub.

Heydər Əliyev 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) memarlıq fakültəsində təhsil alıb, müharibənin (1941) başlanması ilə təhsilini yarımçıq qoyub. 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında, 1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında işləyib. Leninqradda (Sankt-Peterburq) SSRİ DTK-nın məktəbini, 1957-ci ildə ADU-nun tarix fakültəsini bitirib. 1964-cü ildən Azərbaycan DTK sədrinin müavini, 1967-ci ildən sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib.

1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sov. İKP MK Siyasi Bürosunun üzvü seçilib və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. 1987-ci ilin oktyabrında Sov. İKP MK-nın baş katibi Mixail Qorbaçovun təzyiqi ilə vəzifələrindən istefa verib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdıb, Naxçıvanda yaşayıb, Azərbaycan Ali Sovetinə və Naxçıvan MR Ali Məclisinə deputat seçilib. 1991-1993-cü illərdə Naxçıvan MR Ali Məclisinin sədri olub, 1992-ci ildə YAP-ın təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin iyununda Azərbaycanda hakimiyyət böhranının kəskinləşdiyi vaxt Heydər Əliyev prezident Əbülfəz Elçibəy tərəfindən Bakıya dəvət edilib, iyunun 15-də Ali Sovetin sədri seçilib. Elçibəy prezident postunu tərk etdikdən sonra isə iyulun 24-də parlamentin qərarı ilə prezident səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də Azərbaycanın prezidenti seçilib. 1998-ci ildə ikinci dəfə prezident seçilib. Azərbaycanın 30 ildən artıq dövrü Heydər Əliyevin adı ilə bağlıdır.

 

10 may 2004 – Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik irsinin öyrənilməsi və təbliği, bu irsdən bəhrələnərək sosial, xeyriyyə və maarifçilik layihələrı keçirmək məqsədilə yaradılan Heydər Əliyev Fondu fəaliyyətı başlayıb. Fonda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir.

 

10 may  2004 –  Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü münasibətilə əfv fərmanı imzalayıb. Fərmana əsasən, 363 nəfər məhbus cəzasının çəkilməmiş hissəsindən azad edilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi