“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.05.2013, 10:15
1532

Azərbaycan tarixi günbəgün: 23 may

A- A+

23 may 1524 - Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai vəfat edib. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub...

 

23 may 1040 - Sultan Toğrul bəyin başçılıq etdiyi Səlcuq ordusu Dandənəkan yaxınlığında Qəznəvilər dövlətinin qoşunlarını məğlub edib. 1038-ci ildə paytaxtı Nişapur şəhəri olmaqla əsası qoyulan Səlcuq dövləti bu döyüşdən sonra güclü imperatorluğa çevrilməyə başlayıb. 1043-cü ildə dövlətin paytaxtı Tehran yaxınlığındakı Rey şəhərinə köçürülüb, 1048-ci ildə Səlcuq ordusu Bizans imperatorluğu, erməni və gürcü feodallarının birləşmiş qoşunlarını məğlub edib. 1050-60-cı illərdə Səlcuq imperatorluğu indiki İran və İraqın böyük hissəsini, Cənubi Qafqazı əhatə edirdi.

 

23 may 1524 - Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (17.7.1487 - 1524) vəfat edib. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. «Xətai» təxəllüsü ilə şeirlər yazıb. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.

 

23 may 1923 - Azərbaycan Mərkəzi Dövlət Kitabxanasının (indiki M.F.Axundzadə adına Milli Kitabxana) təntənəli açılışı keçirilib.

 

23 may 2006 - Kiyevdə GUAM (Gürcüstan, Azərbaycan, Ukrayna, Moldova) ölkələri başçılarının sammitində GUAM-ın təşkilati əsasının yenidən qurulması barədə qərarlar qəbul edilib. Dövlət başçıları «Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM» haqqında Kiyev bəyannaməsini, təşkilatın Nizamnaməsini imzalayıblar.

 

23 may 2008 - Azərbaycan prezidenti İlham Əliyev Kiyevdə beynəlxalq enerji sammitində iştirak edib. 2007-ci ildə Krakov (may) və Vilnüsdə (oktyabr) keçirilmiş enerji sammitlərinin davamı olan Kiyev sammitinin əsas mövzusu Xəzər-Qara dəniz-Baltik dənizi enerji dəhlizinin yaradılması və Odessa-Brodı-Qdansk neft kəməri layihəsi olub. Sammitdə Azərbaycan, Ukrayna, Gürcüstan, Litva, Latviya, Polşa, Estoniyanın prezidentləri, ümumilikdə 30-dan çox ölkənin nümayəndə heyəti iştirak edib. Baltik-Qara dəniz-Xəzər enerji tranziti məkanının formalaşdırılması üzrə işçi qrupunun yaradılması barədə qərar qəbul olunub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi 

Xəbərlər
Redaktorun seçimi