“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.05.2013, 10:45
1543

Azərbaycan tarixi günbəgün: 29 may

A- A+

29 may 1555 - Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında imzalanan Amasya sülh müqaviləsinə görə Azərbaycan torpaqları və Gürcüstanın şərq vilayətləri Səfəvi dövlətinin tərkibinə keçib...

 

29 may 1555 - Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında Amasya sülh müqaviləsi imzalanıb. Səfəvi-Osmanlı müharibəsinin (1514-1555) birinci mərhələsi başa çatıb. Sülh müqaviləsinə əsasən, Qərbi Gürcüstan - İmeretiya, Meqreliya və Quriya çarlıqları - Osmanlının, Gürcüstanın şərq vilayətləri və Qərbi Azərbaycan (indiki Ermənistan), eləcə də şimallı-cənublu bütün Azərbaycan torpaqları Səfəvi dövlətinin tərkibinə keçmişdi. Bir qədər sonra tərəflər arasında yeni müharibə başlandı və 1590-cı ilin İstanbul müqaviləsinə görə, Şirvandan Təbrizədək Azərbaycanın böyük bir hissəsi Osmanlının nəzarətinə keçdi.

 

29 may 1946 - Aktyor, rəssam Elçin Məmmədov (1946-18.2.2001) anadan olub. Görkəmli sənətkarlar Mehdi Məmmədov və Barat Şəkinskayanın ailəsində dünyaya göz açan E.Məmmədov “Yeddi oğul istərəm” (Mirpaşa), “Dədə Qorqud” (Qaraca çoban), “Dantenin yubileyi” (Səyavuş) və s. filmlərdə çəkilib. Ölkəmizdə, eləcə də Rusiya teatrlarında bir çox tamaşaların rəssamı olub.

 

29 may 1992 - Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalanıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi 

Xəbərlər
Redaktorun seçimi