“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.05.2013, 10:41
1165

Azərbaycan tarixi günbəgün: 12 may

A- A+

12 may 1994 - Qarabağ müharibəsində atəşkəs haqqında saziş - “Bişkek protokolu" qüvvəyə minib. Sənədə Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atmışdılar...

 

12 may 1907 - Xalq artisti, bəstəkar və pedaqoq Səid Rüstəmov (1907 – 10.6.1983) İrəvanda anadan olub. "Beş manatlıq gəlin", "Durna", "Rəisin arvadı" musiqili komediyalarının və bir çox mahnıların mahnıların ( "Oxu tar","Qurban adına", “Həkim qız","Oxu, gözəl" və s.) müəllifidir. Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olub. Musiqi məktəbləri üçün dərs vəsaitləri yazıb.

 

12 may 1920 - Azərbaycan Müvəqqəti İnqilab Komitəsi respublikada xalq məhkəmələrinin yaradılması haqqında dekret verib. Əksinqilab və təxribatçılığa qarşı mübarizə üçün Fövqəladə Komissiya və Ali İnqilabi Tribunal təsis edilib, həmçinin silki və mülki rütbələrin ləğv edilməsi barədə dekret verilib.

 

12 may 1992 - Türkiyənin baş naziri Süleyman Dəmirəl Şuşanın işğalı ilə bağlı bəyanat verib. O, Ermənistanın təcavüzünün genişlənəcəyi halda Türkiyənin Azərbaycana hərbi yardım göstərə biləcəyini bildirib.

 

12 may 1994 - Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş - “Bişkek protokolu" qüvvəyə minib. Sənədə Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atmışdılar. Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı. Protokolun 5-ci abzasında "tutulmuş ərazilər" sözü "işğal olunmuş ərazilər"lə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə "beynəlxalq müşahidəçilər missiyası" olması qeyd olunmuşdu. Sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəşilik sayəsində “Böyük sülh sazişi” imzalamalı idilər.

 

12 may 1995 - Azərbaycanla Venesuela (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 9-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

 

12 may 2011 - Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 18.10.1949 – 2011) vəfat edib. 1989-cu ildə «Yuğ» Teatrını yaradıb və ömrünün sonunadək ona rəhbərlik edib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi