“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.02.2013, 16:44
1414

Azərbaycan tarixi günbəgün: 27 fevral

A- A+

27 fevral 1988 - Sumqayıtda erməni ekstremistlərin təşkilatçılığı və bir qrup kriminal elementin iştirakı ilə kütləvi təxribat - erməni əhalinin evlərinə basqınlar törədilib.

Eduard Qriqoryanın başçılıq etdiyi basqın və iğtişaşlarda, rəsmi məlumatlara görə, 32 nəfər öldürğlmüşdü. Onların bir neçəsini Qriqoryan üzü qətlə yetirmişdi. Lakın məhkəmə Qriqoryana 12 il iş verdi və o, SSRİ dağılandan sonra azadlığa çıxdı. Dəstənin azərbaycanlı üzvlərindən bir nəfərə (Əhməd Əhmədov) ölüm hökmü kəsildi. 

Moskvadan gələn istintaq qrupu hadisənin mahiyyətini ört-basdır etdi. «Sumqayıt hadisəsi» SSRİ xüsusi xidmət orqanlarındakı ermənilər tərəfindən hazırlanmışdı və dünyaya azərbaycanlıların vandalizmi kimi tanıdıldı. Bu təxribatdan sonra ermənilər azərbaycanlılarla bir yerdə yaşamağın qeyri-mümkün olduğunu bəyan etməyə və Qarabağdakı separatçılığa haqq qazandırmağa başladılar.

 

27 fevral 1998 - Azərbaycanla İslandiya (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 19-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

 

27 fevral 2003 - Vaşinqtonda ABŞ prezidenti Corc Buş və Azərbaycan prezidenti Heydər Əliyevin görüşündə iki ölkə arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri, Qarabağ münaqişəsinin nizamlanması müzakirə edilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi