“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.02.2013, 16:50
1360

Azərbaycan tarixi günbəgün: 9 fevral

A- A+

9 fevral 1924 – Azərbaycan SSR-nin tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaranıb.

Naxçıvanın muxtariyyəti ilk dəfə 1918-ci ilin noyabrında, ermənilərin bölgəyə hücumları zamanı elan olunmuşdu. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti bölgəyə kömək etmək imkanında deyildi və Naxçıvanda Araz Türk Cümhuriyyəti elan edildi. Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Türkiyənin dəstəyi ilə Naxçıvanın muxtariyyəti saxlanıldı.

1921-ci ilin Moskva və Qars müqavilələri bölgənin Azərbaycanın ayrılmaz hissəsi (Naxçıvan SSR) olduğunu təsbitlədi. 1923-ci ildə Naxçıvan Muxtar Diyarı adlanıb, 1924-cü il fevralın 9-da muxtar respublika (Naxçıvan MSSR) statusu alıb. 1990-cı ilin 17 noyabrından Naxçıvan Muxtar Respublikası adlanır. Sovetləşmədən sonra Naxçıvan ərazisinin bir qismi (o cümlədən Şərur-Dərələyəz bölgəsi) Ermənistana verilib. 

Hazırda Naxçıvan MR-in ərazisi (5,5 min kv km) Naxçıvan şəhəri və 7 inzibati rayondan (Babək, Kəngərli, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur) ibarətdir.

 

9 fevral 1993 – Azərbaycan Ordusunun Dağlıq Qarabağın şimalındakı birləşmələri xəyanət nəticəsində mühüm strateji mövqeləri itiriblər.

Korpus komandiri, Qarabağ üzrə prezidentin səlahiyyətli nümayəndəsi Surət Hüseynovun əmri ilə qoşun birləşmələri Ağdərə rayonundakı mövqelərdən geri çəkilməyə başlayıb. Fevralın 10-da ölkə rəhbərliyi S.Hüseynovun özbaşınalığının qarşısını almaq üçün gecikmiş addım atıb və o, tutduğu vəzifələrdən azad olunub.

 

9 fevral 1995 – Azərbaycanla Bosniya və Herseqovina arasında diplomatik münasibətlər qurulub.

 

9 fevral 2007 – Prezident İlham Əliyev 2007-ci ilin Azərbaycanda “Gənclər ili” elan edilməsi haqqında sərəncam imzalayıb. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi