“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.02.2013, 16:45
1041

Azərbaycan tarixi günbəgün: 23 fevral

A- A+

23 fevral 2001 - Milli Məclisdə ölkə rəhbərliyinin, siyasi qüvvələrin, politoloqların iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair açıq müzakirələr başlanıb.

23 fevral 1911 - Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911 – 23.5.1986) Şuşada anadan olub. Azərbaycan Dövlət Dram Teatrında rejissor (1932-1942), Musiqili Komediya Teatrında bədii rəhbər və direktor (1943-1949, 1956-1961, 1963-1974), Filarmoniyanın bədii rəhbəri və direktoru olub (1974-1976).

 

23 fevral 1918 - Tiflisdə Zaqafqaziya Seyminin ilk iclası keçirilib. Seymdəki üç əsas partiya - gürcü sosial-demokratlar (menşeviklər) 32, «Müsavat» partiyası 30, ermənilərin «Daşnaksütyun» partiyası 27 deputatla təmsil olunmuşdu. Bundan savayı, Seymdə gürcü və ermənilərin bir neçə kiçik partiyası, həmçinin azərbaycanlı (müsəlman) deputatların «İttihad», «Hümmət», müsəlman sosialistlər qrupları (14 nəfər) yer almışdı. Azərbaycanlı deputat fraksiyasına (44 nəfər) «Müsavat»ın lideri Məhəmməd Əmin Rəsulzadə başçılıq edirdi.

 

23 fevral 1990 - Ermənistan SSR-in Mərkəzi Seçki Komissiyası respublika Ali Sovetinə seçkilərlə bağlı Dağlıq Qarabağda seçki dairələrinin yaradılması barədə qərar qəbul edib. SSRİ-nin bir müttəfiq respublikasının digərinin suverenliyinə bu cür kobud müdaxiləsi Moskva tərəfindən gözardı edildi. Bundan ruhlanan ermənilər həmin ilin sentyabrında Dağlıq Qarabağda Azərbaycan parlamentinə seçkilərin keçirilməsinə imkan vermədilər.

 

23 fevral 2001 - Milli Məclisdə ölkə rəhbərliyinin, siyasi qüvvələrin, politoloqların iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair açıq müzakirələr başlanıb. İki gün sürən müzakirələrin yekunu olaraq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyündən kənarda həll yolunun olmadığı bir daha vurğulanıb. Müxalifət tərəfindən ölkə rəhbərliyinin apardığı danışıqlar kursuna alternativ olaraq heç nə təklif edilməyib.

 

23 fevral 2003 – Görkəmli aktyor, Xalq artisti Həsənağa Turabov (24.3.1938 - 2003) vəfat edib. 1960-cı ildən ömrünün sonuna qədər Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. Bir çox filmlərdə (“Yeddi ogul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s.) unudulmaz obrazlar yaradıb, rejissor kimi “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filmini çəkib. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi