“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.02.2013, 16:53
1273

Azərbaycan tarixi günbəgün: 2 fevral

A- A+

2 fevral 1996 – Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.

2 fevral 1920 – Erməni quldur dəstələri Qərbi Azərbaycandakı (indiki Ermənistan) Şuragel kəndində dəhşətli qırğın törədiblər. Kənd əhalisinin böyük hissəsi - əksəriyyəti qadın, qoca və uşaqlar olmaqla minədək insan qətlə yetirilib.

 

2 fevral 1993 – Görkəmli torpaqşünas alim, ictimai xadim, kənd təsərrüfatı elmləri doktoru, akademik Həsən Əlirza oğlu Əliyev Bakıda vəfat edib. Həsən Əliyev 1907-ci il dekabrın 15-də Qərbi Azərbaycanda, indiki Ermənistan Respublikasının Sisyan rayonunun Comərdli kəndində anadan olmuşdur. Heydər Əliyevin böyük qardaşıdır.

 

2 fevral 1996 – Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Forumda prezident Heydər Əliyev iştirak edib. Prezident Heydər Əliyevin imzaladığı fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.

 

2 fevral 2004 – Türkiyə hökuməti Aralıq dənizi sahilindəki Ceyhan neft terminalına Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etmişdir. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi