“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.02.2013, 16:44
1442

Azərbaycan tarixi günbəgün: 26 fevral

A- A+

26 fevral 1992 – Erməni silahlı qüvvələri Xankəndidəki (Stepanakert) keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalı şəhərində qətliam həyata keçiriblər.

26 fevral 1905 – Rusiya çarı II Nikolay Qafqazda vəziyyətə nəzarəti gücləndirmək üçün birbaşa idarəçilik - canişinlik sistemini bərpa edib. Qafqaz canişinliyi 1844-cü ildə yaradılmışdı, bölgədə hakimiyyət canişinə məxsus idi, o yalnız çarın qarşısında hesabat verirdi. Sonradan regionun quberniyalara bölünməsi ilə canişinlik idarəçiliyi tədricən aradan qalxmışdı.

 

26 fevral 1921 – Sovet Rusiyası ilə İran arasında diplomatik münasibətlər haqqında müqavilə imzalanıb. Müqavilədə Xəzərdən istifadə haqqında bənd yer almışdı və dənizin Astara (Azərbaycan) – Həsənqulu (Türkmənistan) xətti boyunca bölünməsi əksini tapmışdı. SSRİ ilə İran arasında Xəzərlə bağlı imzalanmış sonrakı müqavilələrdə də bu bölgü əks olunub.

 

26 fevral 1935 – İctimai-siyasi xadim Artur Rasizadə Gəncə şəhərində anadan olub. 1980-ci illərdə Azərbaycan SSR-də rəhbər vəzifələrdə təmsil olunub. 1996-cı ildə Azərbaycan Respublikasının baş naziri təyin olunub. Dövlət qulluğunda xidmətlətinə görə “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif olunub.

 

26 fevral 1992 – Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü gedişində tarixin ən dəhşətli qətliamlarından biri baş verib. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndi (Stepanakert) şəhərindəki keçmiş sovet  ordusunun 366-cı alayının erməni zabitlərinin (onlardan biri – Seyran Ohanyan sonradan Ermənistanın müdafiə naziri oldu) bilavasitə rəhbərliyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum ediblər.

Dinc əhaliyə qarşı həyata keçirilən qətliam nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşiliklə qətlə yetirilib. Şəhərin 1275 sakini əsirlik dəhşətini yaşadıqdan sonra azadlığa buraxılıb. 150 nəfərin aqibəti naməlum olaraq qalıb. 130 uşaq yetim qalıb, 8 ailənin bütün üzvləri öldürülüb. Xocalı qətliamı bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sırada dayanır. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi