“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.02.2013, 16:46
1234

Azərbaycan tarixi günbəgün: 21 fevral

A- A+

21 fevral 1997 - Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov (24.12.1923 - 1997) qətlə yetirilib.

21 fevral 1906 - Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Həbib Ələkbər oğlu İsmayılov (1906 - 31.12.1966) Naxçıvanda doğulub. Azərbaycan kinosundə dəyərli yeri olan ekran əsərlərinə - “Ögey ana” (1958), “Böyük dayaq” (1962) filmlərinə quruluş verib.

 

21 fevral 1921 - Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Böyükağa Mirzəzadə (1921 - 3.11.2007) Bakıda anadan olub. Yaradıcılığa tematik tablolarla başlayan rəssam portret janrında da uğurlu nümunələr yaradıb, bir sıra teatr tamaşalarına bədii tərtibat verib.

 

21 fevral 1992 - Azərbaycan Fransa və Polşa ilə diplomatik əlaqələr qurmuşdur. Polşa Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 27-də, Fransa isə 1992-ci il yanvarın 3-də tanımışdı. Fransa Türkiyədən sonra Azərbaycanda səfirlik açan ikinci ölkə oldu.

 

21 fevral 1994 - Azərbayacan Respublikasının Prezidenti yanında UNESCO üzrə Azərbaycanın Milli Komissiyası yaradılıb. Komissiyaya Azərbaycanın xarici işlər naziri sədrlik edir.

* * *

21 fevral 1996 - Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Hüquq İslahatları Komissiyası yaradılıb. Komissiyada ölkə həyatının müxtəlif sahələri üzrə yeni qanun layihələri işlənib hazırlandı və parlamentdə qəbul olundu.

 

21 fevral 1997 - Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov (24.12.1923 - 1997) qətlə yetirilib. Uzun illər Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Elmlər Akademiyasının vitse-prezidenti (1990-1997), Milli Məclisin deputatı (1995-1997) olub. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi