“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.02.2013, 16:48
1350

Azərbaycan tarixi günbəgün: 15 fevral

A- A+

15 fevral 1997 – Amerika Birləşmiş Ştatları Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupuna 3-cü (Rusiya və Fransadan sonra) həmsədr olaraq qəbul olunub.

15 fevral 1934 – Akademik, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, fizika-riyaziyyat elmləri doktoru Arif Paşayev anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının fizika bölməsi üzrə həqiqi üzvü seçilib.

 

15 fevral 1949 – Diplomat, ictimai-siyasi xadim Mahmud Əhməd oğlu Məmməd-Quliyev Gəncədə anadan olub. 1993-cü ildən Azərbaycan Respublikası xarici işlər nazirinin müavinidir. 1993-2001-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığında, habelə İrlandiya Respublikasında, İsveç, Norveç və Danimarkada fövqəladə və səlahiyyətli səfiri olub.

 

15 fevral 1997 – Amerika Birləşmiş Ştatları Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupuna 3-cü (Rusiya və Fransadan sonra) həmsədr olaraq qəbul olunub. Erməni tərəfin Fransanın Minsk qrupunda ikinci həmsədr olmasında israrını davam etdirəndən sonra Azərbaycan ABŞ-ın namizədliyini irəli irəli sürmüşdü. Nəticədə kompromis variant kimi üçlü həmsədrlik formatı qəbul olundu. O vaxtdan Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq vasitəçilik bu formatda fəaliyyət göstərir.

 

15 fevral 2008 – Prezident İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, tarixi yubiley respublikada geniş şəkildə qeyd olundu, Xalq Cümhuriyyəti parlamentinin 90 illiyi münasibətilə çoxsaylı xarici ölkə nümayəndə heyətlətinin iştirakı ilə Milli Məclisin xüsusi iclası keçirildi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi