“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.02.2013, 16:49
1226

Azərbaycan tarixi günbəgün: 12 fevral

A- A+

12 fevral 1988 - Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) ermənilərin ilk separatçılıq çıxışları başlayıb.

12 fevral 1911 - Məhşur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mənsurov (1911 - 14.5.1985) Bakıda doğulub. 1932-ci ildən ömrünün axırınadək Dövlət Opera və Balet Teatrının solisti və konsertmeystri olub.

 

12 fevral 1920 - Azərbaycan Kommunist (bolşeviklər) Partiyası yaranıb. Partiyanın təsis qurultayında (11-12 fevral) qəbul olunan proqramda Xalq Cümhuriyyəti hökumətini yıxmaq üçün silahlı üsyan xətti irəli sürülüb. Bolşevik Rusiyasının siyasətini həyata keçirən AK(b)P-nin rəhbəri isə Azərbaycan xalqının qatı düşməni, erməni millətçisi Anastas Mikoyan idi.

 

12 fevral 1923 - Şair, dramaturq İslam Əhməd oğlu Səfərli (1923-6.11.1974) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində anadan olub. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı" və s. pyeslərin, bir çox mahnıların sözlərinin müəllifidir.

 

12 fevral 1931 - Görkəmli hərbi xadim, artilleriya general-leytenantı Səməd bəy Mehmandarov (16.10.1855, Lənkəran - 1931) Bakıda vəfat edib. Çar Rusiyası ordusunda diviziya komandiri, Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri olub. Sovetləşmədən sonra Bakıda hərbi komandirlər məktəbində dərs deyib.

 

12 fevral 1964 - Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlil Rza oğlu Xəlilbəyli (1964-31.1.1992) anadan olub. Xalq şairi Xəlil Rza Ulutürkün oğludur.

 

12 fevral 1988 - Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) ermənilərin ilk separatçılıq çıxışları başlayıb. DQMV-nin mərkəzi Stepanakert (Xankəndi) şəhərində vilayət partiya komitəsinin binası qarşısında "miatsum" (Ermənistana “birləşmə”) şüarı altında mitinq keçirilib. Bu hadisələrə faktiki hazır olmayan Azərbaycanın o vaxtkı rəhbərliyi isə Bakıda yaşayan erməniləri teleefirə çıxararaq onların separatçılarla həmrəy olmadıqları barədə bəyanatlarını səsləndirdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi