“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.02.2013, 16:49
1360

Azərbaycan tarixi günbəgün: 13 fevral

A- A+

13 fevral 1992 - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regiona ATƏT-in (o vaxt ATƏM adlanırdı) ilk missiyasının səfəri başlayıb...

13 fevral 1910 - Ədəbiyyatşünas alim, professor Nəzakət Həsən qızı Ağazadə (1910-1979) anadan olub.

 

13 fevral 1975 - Azərbaycanın Milli Qəhrəmanı Xanoğlan Sadiq oğlu Məmmədov (1975 - 15.3.1995) anadan olub.

 

13 fevral 1990 - Ermənistan SSR Ali Soveti Rusiya K(b)P MK-nın Qafqaz Bürosunun Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qeyd edən qərarının (5 iyul 1921-ci il tarixli) qeyri-qanuni olması barədə qərar qəbul edib. Bu, erməni tərəfin Qarabağla bağlı tarixi təftiş etmək cəhdlərinin bir nümunəsi idi.

 

13 fevral 1992 - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regiona ATƏT-in (o vaxt ATƏM adlanırdı) ilk missiyasının səfəri başlayıb. Çexoslovakiya (ATƏT-ə sədrlik edirdi) prezidenti administrasiyasının rəhbəri Karel fon Şvartsenberqin başçılıq etdiyi heyət bir həftə ərzində Bakı, Yerevan və Xankəndidə olmuşdu. Bu missiyanın nəticəsi olaraq ATƏT-in Minsk Qrupu yarandı (24 mart 1992).

 

13 fevral 1993 - Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin Bakıda partiyanın üzvləri və təəssübkeşləri ilə ilk görüşü olub. Partiyanın təsis konfransı 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmişdi. Naxçıvan Ali Məclisinin sədri seçiləndən (sentyabr 1991) sonra ilk dəfə Bakıya gələn Heydər Əliyevin respublika rəhbərliyi (prezident Əbülfəz Elçibəy) ilə də görüşü olmuşdu.

 

13 fevral 1993 - Azərbaycanla İordaniya (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 28-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

 

13 fevral 2009 - Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadə (16.8.1925, Şəki - 2009) vəfat edib. İkiyə bölünmüş Azərbaycanın tarixi faciəsindən bəhs edən "Gülüstan" poeması şairə məşhurluq gətirib. 20-dək poema, 10 dram əsəri yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub. «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunub. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi