“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.08.2013, 10:37
1292

13 avqust

A- A+

13 avqust 1941 - Xalq artisti, tanınmış müğənni Elmira Allahverdi qızı Rəhimova anadan olub...

Azərbaycan

 

13 avqust 1941 - Xalq artisti, tanınmış müğənni Elmira Allahverdi qızı Rəhimova anadan olub. 1957-ci ildə Hindistanın Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə bu ölkəyə gedib, üç il orada hind rəqs sənətini, hind mahnıları oxumağı öyrənib. 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olub. Dünyanın 50-dən çox ölkəsində qastrol səfərlərində Azərbaycan musiqisini təbliğ edib.

 

13 avqust 1947 - Tanınmış rejissor, Xalq artisti Azər Paşa Zəfər oğlu Nemətov anadan olub. 70-80-ci illərdə Gənc Tamaşaçılar Teatrında işləyib, bir müddət Sankt-Peterburqda çalışıb. 1990-cı ildən Akademik Milli Dram Teatrının quruluşçu rejissoru kimi fəaliyyətə başlayıb. Azərbaycan Teatr Xadimləri İttifaqının sədridir.

 

13 avqust 1962 – Populyar müğənni Şəbnəm İlyas qızı Tapdıq anadan olub.

 

13 avqust 2004 - Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği sahəsindəki aktiv fəaliyyətinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. Mehriban Əliyeva türkdilli ölkələrdən bu yüksək ada layiq görülən ilk qadın təmsilçidir.

 

Dünya

 

13 avqust 1655 - Alman musiqiçisi, klarnet alətinin ixtiraçısı Yohann Xristof Denner (Johann Christoph Denner, 1655-1707) anadan olub.

 

13 avqust 1899 - Məşhur Amerika rejissoru, bir neçə dəfə «Oskar» mükafatı laureatı Alfred Hiçkok (Alfred Joseph Hitchcock; 1899-1980) anadan olub. Filmləri: “Quşlar”, “Naməlum insanlar qatarda”, “39 pillə” və s.

 

13 avqust 1907 — Rus aktrisası, SSRİ Xalq artisti Tamara Makarova (1907-1997) anadan olub. Filmləri: “Yeddi cəsur”, Gənc qvardiya”, “Pyotrun gəncliyi” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi