“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.08.2013, 10:41
1195

3 avqust

A- A+

3 avqust 2008 - Dünya şöhrətli rus yazıçısı, tarixçi, publisist, ədəbiyyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr Soljenitsın vəfat edib...

Azərbaycan

 

3 avqust 1920 – Quba qəzasının Dəvəçi və Quba dairələrində Həmdulla Əfəndinin (süqut etmiş Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin deputatı) və Mayılın başçılığı altında sovetləşmə əleyhinə kəndli çıxışları başlanıb. Üsyanın yatırılmasından sonra Azərbaycanda bolşevik işğalına qarşı kütləvi çıxışlar nisbətən səngidi.

 

3 avqust 1993 – Bakıda ilk beynəlxalq peyk rabitə sisteminin açılışı olub. Amerika Birləşmiş Ştatlarının "IDB" şirkətinin quraşdırdığı kompleks Azərbaycanı beynəlxalq telekommunikasiya sisteminə qoşub. Açılış mərasimində Ali Sovetin sədri, Prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev iştirak edib.

 

Dünya

 

3 avqust 1832 - Xorvatiya bəstəkarı və dirijoru İvan Zays (1832-1914) anadan olub.

 

3 avqust 1904 - Amerika fantast-yazıçısı Klifford Saymak (Clifford Donald Simak, 1904-1988) anadan olub.

 

3 avqust 1910 - Polyak əsilli Rusiya aktyoru Vaslav Dvorjeski (1910-1993) anadan olub.

 

3 avqust 1920 - İngilis yazıçısı, detektiv əsərlərin müəllifi Fillis Doroti Ceyms (Phyllis Dorothy James) anadan olub.

 

3 avqust 1940 - İspan-irland əsilli Amerika aktyoru Martin Şin (Martin Sheen) anadan olub. Filmləri: “Apokalipsis bu gün”, “Uoll-strirt”, “Qandi”, “Amerika prezidenti” və s.

 

3 avqust 1994 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti İnnokenti Smoktunovski (1925-1994) vəfat edib. F.Dostoyevskinin “İdiot” əsəri əsasında hazırlanan eyniadlı tamaşada knyaz Mışkin rolu ilə dünya şöhrəti qazanıb. Filmləri: “Hamlet”, “Avtomobildən qorun”, “Cinayət və cəza”, “Ölü canlar” və s.

 

3 avqust 2008 - Dünya şöhrətli rus yazıçısı, tarixçi, publisist, ədəbiyyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr İsayeviç Soljenitsın (11.12.1918 - 2008) vəfat edib. 1945-1953-cü illərdə həbsdə, sonra Sibirdə sürgündə olub. 1973-cü ildə SSRİ-dən deportasya edilib, ABŞ-da yaşayıb, 1994-də Rusiyaya qayıdıb. "Xərçəng korpusu", "Birinci dairədə", "Arxipelaq QULAQ", "Qırmızı təkər" və s. romanların müəllifidir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi