“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.08.2013, 09:54
1607

28 avqust

A- A+

28 avqust 1935 - Görkəmli yazıçı Əlibala Hacızadə Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub...

Azərbaycan

 

28 avqust 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi, ölkənin bütün məktəblərində türk (Azərbaycan) dilinin icbari qaydada tədris olunması barədə qərar qəbul edib.

 

28 avqust 1935 - Görkəmli yazıçı Əlibala Qüdrət oğlu Hacızadə (1935 - 9.10.2009) Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı”, “Unutmaq olmur”, “Möcüzə” və digər roman, povest və hekayələrin müəllifi kimi geniş oxucu rəğbəti qazanıb.

 

28 avqust 1940 - Nasir, publisist Ağəddin Mansur oğlu Mansurzadə (1940-2008) anadan olub.

 

28 avqust 1953 – Tanınmış rejissor və ssenarist, Xalq artisti Vaqif  Behbud oğlu Mustafayev anadan olub. Filmləri keçmiş SSRİ məkanında və beynəlxalq festivallarda mükafatlar qazanıb: “Musiqili xaş”, “Bəyin oğurlanması” (Ceyhun Mirzəyevlə birgə), “Yaramaz” (Azərbaycan Dövlət mükafatı), “Hər şey yaxşılığa doğru”, “Milli bomba” və s. Böyük öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən çoxseriyalı sənədli filmlərin müəllifidir. Avropa Kino və Televiziya Akademiyasının üzvüdür. “Space”  telekanalına (2006-cı ildən) rəhbərlik edir.

 

28 avqust 1968 - Aşıq Xındı Məmməd (Məmməd Gülabı oğlu Qəniyev; 1896, Borçalı, Qaş Muğanlı - 1968) vəfat edib. Şeirlərinin külliyyatı "Meydanda mərdi-mərdanə" adı altında çap olunub.

 

Dünya

 

28 avqust 1749 - Görkəmli alman şairi, yazıçı-dramaturq Yohann Volfqanq Göte (Johann Wolfgang von Goethe; 1749 - 22.3.1832) anadan olub. Əsərləri: “Faust” mənzum tragediyası, “Vilhelm Meysterin təhsil illəri", "Gənc Verterin iztirabları" romanları, “İfifeniya”, “Torkvato Tasso” dramları və s.

 

28 avqust 1867 - İtaliya bəstəkarı Umberto Cordano (Umberto Menotti Maria Giordano; 1867-1948) anadan olub. Operaları: “Andre Şenye”, “Fedora”, “Sibir”, “Madam Sen-Jen” və s.

 

28 avqust 1925 - Yəhudi əsilli Rusiya yazıçısı Arkadi Natanoviç Struqaski (1925-1991) anadan olub. Qardaşı Boris Struqaski ilə məşhur fantastik əsərlərin həmmüəllifidir. Əsərləri: “Bikini külü”, “Tünd qırmızı buludlar ölkəsi”, “Günorta, XXII əsr”, “Əsrin yırtıcı əşyaları” və s.

 

28 avqust 1948 - Məşhur rus aktrisası Natalya Qundareva (1948-2005) anadan olub. Filmləri: “Payız marafonu”, “Qaqrada qış axşamı” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi