“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.08.2013, 10:57
1354

20 avqust

A- A+

20 avqust 1912 - Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi anadan olub...

Azərbaycan

 

20 avqust 1901 - Məşhur xanəndə, böyük muğam ustadı, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901 - 18.3.1979) Şuşada doğulub. Geniş diapazonlu, gur və məlahətli səsi ilə şöhrət qazanıb. Muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, "Şuşanın dağları", "Məndən gen gəzmə", "Ay gözəl" və s. mahnı və təsnifləri bəstələyib.

 

20 avqust 1912 - Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə,1912 - 2.8.1984) anadan olub. "Xosrov və Şirin" operası, "Çitra" baleti, "Zaqatala süitası", "Qaytağı", "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik müğamının müəllifidir.

 

20 avqust 1929 - Azərbaycanda diktorluq məktəbinin banilərindən biri Aydın Çingiz oğlu Qaradağlı (1929 – 28.1.1980) anadan olub. 1946-cı ildən radioda çalışıb. Diktorlar arasında ilk dəfə Əməkdar artist adına layiq görülüb.

 

20 avqust 1932 - Ədəbiyyatşünas, yazıçı, filologiya elmləri doktoru İslam Məmməd oğlu Ağayev Bakının Bülbülə qəsəbəsində anadan olub. "Azərbaycan ədəbiyyatı tarixi" çoxcildliyinin müəlliflərindən biri, hekayə və mənsur şeirlər kitablarının müəllifidir.

 

20 avqust 1945 – Yazıçı-jurnalist Fazil Famil oğlu Abbasov (Güney) Cəbrayıl rayonunda anadan olub. “Qara qan” romanı və s. nəsr əsərlərinin müəllifidir.

 

Dünya

 

20 avqust 1827 — Fransız əsilli Belçika yazıçısı Şarl Teodor Anri de Koster (Charles-Theodore-Henri De Coster, 1827-1849) anadan olub. “Til Ulenşpigel” romanının müəllifidir.

 

20 avqust 1847 - Məşhur polyak yazıçısı Boleslav Prus (əsl adı Aleksandr Qlovaski, 1847-1912) anadan olub. Əsərləri: “Forpost”, “Kukla”, “Firon” romanları və s.

 

20 avqust 1901 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1959) laureatı Salvatore Kvazimodo (1901-1968) anadan olub. “Həyat yuxu deyil”, “Qənirsiz yer” kitablarının müəllifidir.

 

20 avqust 1905 - Tanınmış yapon kinorejissoru Mikio Naruse (1905-1969) anadan olub. Filmləri: “Ana”, “Üzən buludlar” və s.

 

20 avqust 1932 - Rus yazıçısı Vasili Aksyonov (1932-2009) anadan olub. 1980-2004-cü ildə Amerikada mühacirətdə yaşayıb. Əsərləri: “Moskva saqası” trilogiyası, “Yanıq”, “Krım adası” romanları, “Mərakeşdən portağallar”, “Mənim babam heykəldir” povestləri və s.

 

20 avqust 1937 – Məşhur rus kinorejissoru və ssenaristi Andrey Mixalkov-Konçalovski anadan olub. 80-ci illərdən Amerikada yaşayıb. Filmləri: “Asya Klyaçinanın əhvalatı”, “Sibiriada”, “Mariyanın sevgililəri”, “Tanqo və Keş” (ABŞ) və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi