“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.08.2013, 10:05
1593

10 avqust

A- A+

10 avqust 1949 - Xalq artisti, xanəndə Qəndab Həbib qızı Quliyeva Füzuli rayonunun Dilağarda kəndində anadan olub...

Azərbaycan

 

10 avqust 1913 - Xalq rəssamı Kazım Məmmədəli oğlu Kazımzadə (1913 – 6.10.1992) anadan olub. Opera tamaşalarına («Leyli və Məcnun», «Koroğlu») bədii (geyim)tərtibat verib. Bir sıra filmlərin (“Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “Qanun naminə”, “Əhməd haradadır?”, “Qanlı zəmi” və s.) geyim üzrə rəssamı olub.

 

10 avqust 1936 – Tanınmış yazıçı, şair, filosof Əlisa Nicat (Əlisa Qulam oğlu Hüseynov) Lerik rayonunun Yuxarı Gədik kəndində doğulub. “Qızılbaşlar”, “Gəncəli müdrik” romanlarının, “Zərdüşt”, “Sasanilərin sonu” “Rza xan” və s. tarixi əsərlərin, “Nağıllara dönən tarix”, “Ruhların söhbəti”, “Dünya tarixçiləri”, “Yüz böyük azərbaycanlı”, “Tarixin qürubu” və s. kitabların müəllifidir. Azərbaycan ədəbiyyatında pritça janrının ustadıdır.

 

10 avqust 1939 - Şair Zəki İslam (Yusifov; 1939-2018) Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan оlub. Aşıq şeirlərinin, dini şeir və poemaların müəllifidir.

 

10 avqust 1946 - Nasir, tərcüməçi Aydın Ələkbər oğlu Abdullayev (1946 - 15.12.1995) anadan olub.

 

10 avqust 1949 - Xalq artisti, Prezident təqaüdçüsü Qəndab Nəbi qızı Quliyeva (1949 - 26.6.2017) Füzuli rayonunun Dilağarda kəndində anadan olub. Xalq mahnıları və muğamların mahir ifaçısı kimi tanınıb, opera tamaşalarında Leyli, Əsli, ("Leyli və Məcnun", "Əsli və Kərəm"; Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli) və s. partiyaları ifa edib.

 

Dünya

 

10 avqust 1845 - Qazax klassik ədəbiyyatının banisi, maarifçi şair Abay (əsl adı İbrahim Kunanbayev; 1845-1904) anadan olub. “Qara söz” adlı 45 pritça və fəlsəfi traktatdan ibarət mənsur poeması ədibin ən böyük əsəridir.

 

10 avqust 1865 - Rus bəstəkarı Aleksandr Qlazunov (1865-1936) anadan olub. Əsərləri: “Raymonda”, “İlin fəsilləri” baletləri və s.

 

10 avqust 1895 – Məşhur rus şairi və yazıçısı Mixail Zoşenko (1895-1958) anadan olub. Əsərləri: “Qaytarılmış gənclik”, “Taras Şevçenko” povestləri və s.

 

10 avqust 1902 - Kanada aktrisası Norma Şirer (Edith Norma Shearer, 1902-1983) anadan olub. “Oskar” mükafatı (“Boşanma” filmi, 1930) laureatıdır.

 

10 avqust 1912 – Braziliya yazıçısı Jorji Amadu (Jorge Amado, 1912-2001) anadan olub. Romanları: “Möcüzələr köşkü”, “Müqəddəsin yox olması”, “Qumsallıq kapitanları” və s.

 

10 avqust 1929 - Rus aktyoru, SSRİ Xalq artisti Oleq Strijenov anadan olub. Çəkildiyi filmlər: “Ovod”, “Pyotrun gəncliyi”, “Qırx birinci” və s.

 

10 avqust 1960 - Məşhur ispan kinoaktyoru, Hollivud ulduzu Antonio Banderas (Jose Antonio Dominguez Bandera) anadan olub. Filmləri: “Mambo kralları”, “Muzdlu qatillər”, “Evita”, “Zorronun maskası”, “Tale qadını” və s.

 

10 avqust 1960 – Gürcü aktyoru Mamuka Kikaleyşvili (1960-3.5.2000) anadan olub. Azərbaycan tamaşaçılarına Vaqif Mustafayevin «Yaramaz» filmindən (Hətəm) yaxşı tanışdır. Rusiyada “Pasport”, “”Deribasov küçəsində hava yaxşıdır” və s. filmlərdə çəkilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Redaktorun seçimi