“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.08.2013, 10:00
1722

23 avqust

A- A+

23 avqust 1990 - Məşhur saz-söz ustadı aşıq Əkbər (Əkbər Zərbalı oğlu Cəfərov) vəfat edib...

Azərbaycan

 

23 avqust 1922 – Tanınmış tarixçi alim, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Əliövsət Nəcəfqulu oğlu Quliyev (1922-6.11.1969) anadan olub. Azərbaycan EA Tarix İnstitunun direktoru (1953-1958 və 1967-1969) işləyib.

 

23 avqust 1990 - Məşhur saz-söz ustadı aşıq Əkbər (Əkbər Zərbalı oğlu Cəfərov, 1933, Tovuz, Bozalqanlı - 1990) vəfat edib. “Leyli və Məftun” dastanının, “Dağlar”, “Bənövşələr”, “Doymaq olmaz”, “Gözəl vətənim”, “İstərəm” və s. məşhur gəraylı, qoşma, təcnislərin müəllifidir.

 

23 avqust 1993 – Ermənistan silahlı qüvvələri Azərbaycan Dağlıq Qarabağ bölgəsi ətrafında iki rayon mərkəzini – Cəbrayıl və Füzulini, hər iki rayonun kəndlərinin böyük hissəsini işğal edib. Bu itki Azərbaycanın Arazboyu zonada yerləşən daha iki rayonunun, Qubadlı və Zəngilanın mühasirəyə düşməsinə səbəb oldu.

Cəbrayıl rayonun ərazisi 1050 kv km, işğaldan öncə əhalisi təxminən 57 min nəfər idi. Hazırda rayonun bütün ərazisi (96 kənd) işğal altındadır.

Füzuli rayonu (ərazisi 1386 kv km, əhalisi təxminən 110 min nəfər) bütünlüklə işğal olunsa da, sonradan Azərbaycan Ordusu Arazboyu kəndləri, o cümlədən Horadiz qəsəbəsini düşməndən azad etdi. Hazırda rayon ərazisinin təxmınən üçdə ikisi işğal altındadır. 

 

23 avqust 2006 – Prezident İlham Əliyev “Mədəniyyət sahəsində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” sərəncam imzalayıb.

 

Dünya

 

23 avqust 1851 — Çex yazıçısı Alois Yirasek (1851-1930) anadan olub. “Yan Qus” trilogiyası, “Yan Jijka” romanı və s. tarixi romanların müəllifidir.

 

23 avqust 1880 - Görkəmli rus yazıçısı Aleksandr Qrin (əsl adı Aleksandr Qrinevski; 1880-1932) anadan olub. Əsərləri: “Al yelkənlər”, “Dalğalar üzərində qaçan”, “Qızıl zəncir” və s.

 

23 avqust 1912 - Amerika aktyoru, müğənni və kinorejissor Cin Kelli (Gene Kelly; 1912-1996) anadan olub. Filmləri: “Amerikalı Parisdə”, “Yağış altında rəqs edənlər” (aktyor və rejissor). 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi