“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.08.2013, 10:56
1187

8 avqust

A- A+

8 avqust 1948 - Tanınmış aktyor, Xalq artisti Rasim Əhməd oğlu Balayev Ağsu rayonunda anadan olub...

Azərbaycan

 

8 avqust 1943 - Şair, tərcüməçi, ədəbiyyatşünas, professor Ənvər Əhməd (Ənvər Misir oğlu Əhmədov) Ağcabədi rayonunda anadan olub.

 

8 avqust 1948 - Tanınmış aktyor, Xalq artisti Rasim Əhməd oğlu Balayev Ağsu rayonunda anadan olub. İlk dəfə "Ulduzlar sönmür" filmində (1971) kiçik rolda (Sultanov) çəkilib. Kinodakı ilk baş rolu ("Nəsimi", 1974) ona şöhrət gətirib. “Qatır Məmməd”, "Dədə Qorqud", "Babək", “Gözlə məni”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Küçələrə su səpmişəm” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilib. 

 

8 avqust 1948 – Məşhur müğənni Akif İslamzadə Bakının Buzovna kədində doğulub. Görkəmli xanəndə Sara Qədimovanın oğludur. İfaçılığa 1972-ci ildə Rəşid Behbudovun Mahnı Teatrında başlayıb. Azərbaycan Televiziyasının simfonik orkestrinin solisti olub. 1992-1993-cü illərdə Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb. “Qərib cinlər diyarında”, “Tənha narın nağılı” və s.  filmlərdə mahnıları ifa edib.

 

Dünya

 

8 avqust 1928 – Rusiyanın Xalq artisti, məşhur aktrisa Nina Menşikova (1928-2007) anadan olub. Filmləri: “Əsgər haqqında ballada”, “Qızlar”, “Rezident” əməliyyatının sonu” və s.

 

8 avqust 1937 - Amerika aktyoru Dastin Hoffman (Dustin Lee Hoffman) anadan olub. Filmləri: “Yağış adamı” (“Oskar” mükafatı), “Tutsi”, “Epidemiya”, “Kramer Kramerə qarşı” (“Oskar”), “Kapitan Kryuk” və s.

 

8 avqust 1943 - Rusiya kinorejissoru, prodüser Yuli Qusman Bakıda anadan olub. “60-70-ci illərdə Bakı “KVN” klubunun kapitanı olub. Filmləri: “Qorxma, mən səninləyəm” (“Azərbaycanfilm”, “Bir ailə üçün bağ evi”, “Sovet dövrünün parkı” və s. Rusiyanın “Nika” kino mükafatının yaradıcısıdır.

 

8 avqust 1951 - Amerika kinorejissoru Martin Brest (Martin Brest) anadan olub. Filmləri: “Qadın ətri”, “Beverli-Hilzdən olan polis”, “Gecəyarısı qaçış”. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi