“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.08.2013, 10:10
1478

11 avqust

A- A+

11 avqust 1973 – Şair, dramaturq Zeynal Xəlil vəfat edib...

Azərbaycan

 

11 avqust 1973 – Şair, dramaturq Zeynal Rza oğlu Xəlil (23.3.1914, Gəncə - 1973) vəfat edib. “İstək”, “Düşüncələr”, “İki dünya”, “Bənövşə”, “Sevdiyim rəng”, “Günəş, dəniz və insan” və s. şeirlər kitablarının, “Ulduzlar” mənzum romanı, “İntiqam”, “Qatır Məmməd”, “Gənc ustalar”, “Ata yolu” pyeslərinin müəllifidir. “Qatır Məmməd”in motivləri əsasında eyniadlı film çəkilib. Rus dilindən tərcümələr edib.

 

Dünya

 

11 avqust 1748 - Alman bəstəkarı Yozef Şuster (Joseph Schuster, 1748-1812) anadan olub.

 

11 avqust 1921 — Qara dərili Amerika yazıçısı Aleks Heyli (Alexander Murray Palmer Haley; 1921-1992) anadan olub. Avtobioqrafik “Köklər” romanı dünyanın 40-dək dilinə tərcümə olunaraq yazıçıya şöhrət qazandırıb.

 

11 avqust 1944 - Şotland kinoaktyoru İen Makdayarmid (Ian McDiarmid) anadan olub. “Ulduz müharibələri” kinoserialı ilə (İmperator Palpatin rolu) ilə məşhurlaşıb.

 

11 avqust 1947 - Amerika kinorejissoru və ssenaristi Stüart Qordon (Stuart Gordon) anadan olub. Filmləri: “Robot Coks”, “Kosmosa yükdaşıyanlar” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi