“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.08.2013, 09:34
1500

4 avqust

A- A+

4 avqust 1915 - Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov Gəncədə anadan olub...

Azərbaycan

 

4 avqust 1909 - Şair Oruc Hüseyn oğlu Qoşqarlı (1909-1989) anadan olub.

 

4 avqust 1915 - Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov (1915 - 25.1.1984) Gəncədə doğulub. Bir sıra filmlərdə (“Bəxtiyar”da Rəcəbov, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm, “Əhməd haradadır”da Şirin kişi, “Tütək səsi”ndə İsfəndiyar kişi və s.) yaddaqalan obrazlar yaradıb.

 

4 avqust 1939 – Tanınmış aktrisa, Əməkdar artist Ofeliya Kamal qızı Məmmədzadə (1939-11.7.2007) Bakıda anadan olub. Musiqili Komediya  Teatrında çalışıb. “İyirmialtılar”, “Bir cənub şəhərində”, “Yenilməz batalyon” filmlərdə, televiziya tamaşlarında yaddaqalan obrazlar yaradıb. 

 

4 avqust 1943 – Xalq artisti, tanınmış aktyor Ramiz Ağarza oğlu Məlik anadan olub. “O qızı tapın”, “ Qanun naminə”, “Qatır Məmməd” və s. filmlərdə çəkilib, onlarla filmin səsləndirilməsində iştirak edib. 

 

4 avqust 1944 - Sənətşünaslıq doktoru, xalçaçı-rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Kübra Muxtar qızı Əliyeva anadan оlub. 

 

4 avqust 2008 – Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" təsdiq edilib.

  

Dünya

 

4 avqust 1859 - Görkəmli Norveç yazıçısı Knut Hamsun (əsl soyadı Pedersen; 1859-1952) anadan olub. “Aclıq” adlı psixoloji romanı yazıçıya şöhrət gətirib. “Torpağın şirəsi” əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatı (1920) alıb. Modernizmin ən məşhur nümayəndələrindən biri olan yazıçı həm də Hitlerin pərəstikarı kimi tanınıb. II Dünya müharibəsindən sonra mühakimə olunub və yalnız ahıl yaşına görə həbs cəzasından qurtulub.

 

4 avqust 1875 - Danimarka yazıçısı Hans Xristian Andersen (Hans Christian Andersen; 2.4.1805 - 1875) vəfat edib. “İmprovizator” , “Yalnız skripka ifa edən” romanlarının, “Mulat” pyesinin müəllifidir. Lakin onu daha çox uşaqlar üçün yazdığı nağıl kitabları məşhurlaşdırıb: “Uşaq nağılları”,  “Yeni nağıllar”, “Rəvayətlər” və s. 1953-cü ildən etibarən uşaq ədəbiyyatının inkişafındakı xidmətlərinə görə məşhur nağılçının doğum günü (2 aprel) “Beynəlxalq uşaq kitabı günü” kimi qeyd olunur. 

 

4 avqust 1901 - Dünya şöhrətli Amerika caz musiqçisi, bəstəkar Lui Armstronq (Louis Daniel "Satchmo" Armstrong; 1901-1971) anadan olub.

 

4 avqust 1905 - Rus bəstəkarı, SSRİ Xalq artisti Boris Aleksandrov (1905-1994) anadan olub. Keçmiş Sovet İttifaqının (indi Rusiyanın) Dövlət himninin musiqisinin müəllifidir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi