“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.08.2013, 10:01
1452

9 avqust

A- A+

9 avqust 1962 - Görkəmli alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1946) laureatı Herman Hesse vəfat edib...

Azərbaycan

 

9 avqust  1954 – Xalq artisti, tanınmış tarzən Möhlət Müslümov Bakıda anadan olub. Azərbaycan Milli Konservatoriyasının professoru, Azərbaycan Televiziyası və Radiosunun Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblının bədii rəhbəridir. 

 

9 avqust 1979 - Yazıçı Yusif Şirvan (Yusif Əsgər oğlu Əsgərov; 26.12.1910, Şamaxı - 1979) vəfat edib. Əsərləri: "Şəfəq", "Buludlar dağılır", "Məzunlar" (romanlar), "Sularda yanğın", "Lalə dəstəsi" (povestlər) və s. Rus dilindən tərcümələr edib. 

 

Dünya

 

9 avqust 1899 - Avstraliya əsilli ingilis yazıçısı Pamela Trevers (Pamela Lyndon Travers - əsl adı Helen Lyndon Goff; 1899-1996) anadan olub. «Meri Poppinsin macəraları» seriyasından əsərlərin müəllifi kimi tanınıb.

 

9 avqust 1918 - Amerika kinorejissoru Robert Oldriç (Robert Aldrich, 1918-1983) anadan olub. Filmləri: “Sodom və Qomorra”, “San-Fransiskolu oğlan” və s.

 

9 avqust 1947 - Amerikalı fantast-yazıçı Gon Varli (John Varley) anadan olub.

 

9 avqust 1957 - Amerika aktrisası Melani Qriffit (Melanie Griffith) anadan olub. Filmləri: “İşgüzar qız”, “İki həddən artıq çoxdur” və s.

 

9 avqust 1962 - Görkəmli alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1946) laureatı Herman Hesse (Hermann Hesse; 2.7.1877 - 1962) vəfat edib. Əsərləri: “Təkər altında”, “Çöl canavarı”, “Şərq ölkəsinə ziyarət”, “Muncuq oyunu” və s.

 

9 avqust 1963 - Məşhur Amerika müğənnisi Uitni Hyuston (Whitney Elizabeth Houston; 1953-11.2.2012) anadan olub. 1992-ci ildə çəkildiyi “Cangüdən” filmi (Kevin Kostnerlə birgə) ilə böyük şöhrət qazanıb. Dəfələrlə “Qremmi” və “Emmi” mükafatı qazanıb.

 

9 avqust 1975 - Görkəmli rus bəstəkarı, dirijor, pedaqoq Dmitri Şostakoviç (25.9.1906 - 1975) vəfat edib. “Mtsen qəzasının ledi Makbeti” operasının, “Qızıl əsr”, “İşıqlı bulaq” və s. baletlərin, dünya musiqi xəzinəsinə daxil olan 15 simfoniyanın müəllifidir. Bir sıra məşhur filmlərə (“Ovod”, “Hamlet” və s. ) musiqi yazıb.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi