“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.08.2013, 10:07
1407

6 avqust

A- A+

6 avqust 1998 - Azərbaycanda mətbuat üzərində senzuraya son qoyulub, kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə - "Qlavlit" ləğv edilib...

Azərbaycan

 

6 avqust 1939 – İlk azərbaycanlı kinorejissorlardan biri olan Səməd Mərdanov (22.9.1909 – 1939) vəfat edib. 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekrana buraxılıb) bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. Görkəmli aktyor Mustafa Mərdanovun qardaşıdır.

 

6 avqust 1998 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda mətbuat üzərində senzuraya son qoyulub, Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə - "Qlavlit" ləğv edilib.
 

Dünya

 

6 avqust 1660 - Görkəmli ispan rəssamı Dieqo Rodriges de Silva Velaskes (Diego Rodriguez de Silva Velazquez, 6.6.1599-1660) vəfat edib.
 

6 avqust 1809 - İngilis şairi Alfred Tennison (Alfred Tennyson, 1809-1892) anadan olub.
 

6 avqust 1856 - Rus rəssamı və incəsənət nəzəriyyəçisi Apollinari Vasnesov (1856-1933) anadan olub.
 

6 avqust 1868 - Fransız yazıçısı, şair, dramaturq Pol Klodel (Paul Claudel, 1868-1955) anadan olub. Əsərləri: “Qızıl baş”, “Girov”, “Boyat çörək”.

 

6 avqust 1899 - Gürcü aktyoru və rejissoru, SSRİ Xalq artisti Akaki Vasadze (1899-1978) anadan olub. Filmləri: “Böyük ustadın sağı”, “Ayın oğurlanması”.

 

6 avqust 1931 - İtalyan kinorejissoru Umberto Lensi (Umberto Lenzi) anadan olub. Qorxu filmlərinin (“Qarabasmalı ev”, “Zombilər şəhəri”) rejissoru kimi tanınıb.

 

6 avqust 1951 - Amerika aktrisası Ketrin Hiks (Catherine Hicks) anadan olub.
 

6 avqust 1953 - Məşhur hind kinorejissoru Umeş Mehra (Umesh Mehra) anadan olub. Filmləri: “Cəngəllik qanunu ilə”, “Məhəbbətin torları”, habelə məşhur sovet-hind filmləri olan “Məhəbbət haqqında əfsanə”, “Əli-Baba və 40 quldurun macəraları” (rejissor Lətif Fayziyevlə birgə). 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi