“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.08.2013, 10:19
1543

16 avqust

A- A+

16 avqust 1925 - Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadə Şəkidə anadan olub...

Azərbaycan

 

16 avqust 1925 - Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Mahmud oğlu Vahabzadə (1925 – 13.2.2009) Şəkidə anadan olub. İkiyə bölünmüş Azərbaycanın tarixi faciəsindən bəhs edən "Gülüstan" poeması (1959) şairə məşhurluq gətirib. Yaradıcılığı boyunca 20-dək poema, 10 dram əsəri (“Vicdan”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya?”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı” və s.) yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunub.

 

16 avqust 1925 – Yazıçı-dramaturq, şair, ədəbiyyatşünas alim, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925 – 24.5.1967) Bakıda doğulub. “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu” “Sənsiz” pyeslərinin, poema, şeir və hekayələrin müəllifidir. Azərbaycan KP MK-nın katibi olub. 1967-ci ildə onun təşəbbüsü ilə Novruz bayramı dövlət səviyyəsində qeyd edilib.

 

16 avqust 1936 – Filosof-alim, AMEA-nın müxbir üzvü Zakir Cabbar bəy oğlu Məmmədov (Baharlı; 1936 – 2.3.2003) Ağdamda doğulub. “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir”, “Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri” və s. kitabların müəllifidir. Sührəvərdinin, Bəhmənyarın əsərlərini Azərbaycan dilinə tərcümə edib.

 

16 avqust 1998 – Xalq yazıçısı Yusif Səmədoğlu (Yusif Səməd oğlu Vəkilov; 25.12.1935 – 1998) vəfat edib. «Ulduz”, “Azərbaycan» jurnallarının baş redaktoru, Milli Məclisin deputatı (1995-1998) olub. «Qətl günü» romanı, «220 saylı otaq», «Qalaktika» kitablarının, “Yeddi oğul istərəm , “Qətl günü” filmlərinin ssenari müəllifidir.

 

Dünya

 

16 avqust 1645 — Tanınmış fransız yazıçısı və mütəfəkkiri Jan de Labryuer (Jean de La Bruyère: 1645-1696) anadan olub. Əxlaq və fəlsəfi dəyərlərdən bəhs edən “Xarakterlər” əsərinin müəllifidir.

 

16 avqust 1902 - Görkəmli rus şərqşünas alimi, sənətşünas və etnoqraf Yuri Rerix (1902-1960) anadan olub.

 

16 avqust 1934 - Məşhur fransız aktyoru, komik rolların ifaçısı Pyer Rişar (Pierre Richard - Pierre Richard Maurice Charles Leopold Defay) anadan olub. Filmləri: “Oyuncaq”, “Çətirin ucu ilə”, “Bəxti gətirməyənlər”, “Liftdən solda”, “Atalar” və s.

 

16 avqust 1954 – Dünya şöhrətli Amerika-Kanada kinorejissoru Ceyms Kemeron (James Francis Cameron) anadan olub. Filmləri: “Terminator” (1-2), “Özgələr”, “Doğru yalan”, “Titanik” (11 “Oskar” mükafatı), “Avatar” (3 “Oskar”) və s.

 

16 avqust 1958 - Amerika müğənnisi Madonna (Luiza Veronika Çikkone) anadan olub. Dünyada ən çox tirajla musiqi albomu (300 milyondan çox) satılan qadın müğənni hesab olunur. 9 dəfə “Grammy”, 24 dəfə “MTV Video Music Awards”  mükafatı qazanıb.

 

16 avqust 1987 - Görkəmli rus aktyoru Andrey Mironov (8.3.1941-1987) vəfat edib. “Brillyant əl”, “Avtomobildən qorun”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları”, “12 stul” (1976, rej. Mark Zaxarov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi