“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.08.2013, 09:36
1733

27 avqust

A- A+

27 avqust 1998 - Görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadə vəfat edib...

Azərbaycan

 

27 avqust 1921 - Yazıçı-dramaturq Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov; 1921 - 18.1.1983) Xızıda doğulub. Uzun müddət “Kirpi” jurnalının baş redaktoru olub. 1948-ci ildə “Dəniz kəşfiyyatçısı” adlı kitabı nəşr edilib. “Adı sənin, dadı mənim”, “Aydınlığa dоğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyesləri, “Bahar оğlu”, “Məşəl”, “Kəcil qapısı” və s. kitabların müəllifidir.

 

27 avqust 1929 – Aktyor, rejissor Məmmədkamal Allahqulu oğlu Kazımov (1929 - 13.12.2005) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında, Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, Ağdam Dövlət Dram Teatrında, Tənqid-Təbliğ Teatrında çalışıb. Çəkildiyi filmlər: “Yol əhvalatı”, “Qətl günü”, “Güllələnmə təxirə salınır!...” və s.

 

27 avqust 1937 - Ədəbiyyatşünas alim, professor, yazıçı, tərcüməçi Qəzənfər Məhəmməd oğlu Paşayev Tovuz rayonunun Düzqırıqlı kəndində anadan olub. İraq türklərinin dialekt və folklorunu tədqiq edib. “İraq-türkman folkloru”, “Altı il Dəclə-fərat sahillərində” və s. kitabların müəllifidir. 

 

27 avqust 1942 - Görkəmli ərəbşünas-alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007) Vasim Məmmədəli oğlu Məmmədəliyev Bakıda anadan olub. BDU-nun professoru, ərəb filologiyası kafedrasının müdiri, ilahiyyat fakültəsinin dekanıdır. “Qurani Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biridir. “Ərəb dilçiliyi”, ”Kufə qrammatika məktəbi”, “Quran və elm” – ümumulikdə 20-dən çox monoqrafiya, dərslik, tərcümə kitablarının müəllifidir.

 

27 avqust 1998 - Görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadə (7.2.1919 - 1998) vəfat edib. Filmləri: “Görüş”, “Uzaq sahillərdə”, “Əsl dost”, “Arşın mal alan” (1965), “Dədə Qorqud”, “Yeddi oğul istərəm”, “Mən ki gözəl deyildim”, “Babamızın babasının babası”, “Bağ mövsümü” və s.

 

Dünya

 

27 avqust 1770 - Görkəmli alman filosofu Georq Vilhelm Fridrix Hegel (Georg Wilhelm Friedrich Hegel; 1770 - 14.11.1831) anadan olub. Əsərləri: “Ruhun fenomenologiyası”, “Məntiq elmi”, “Tarixin fəlsəfəsi” və s.

 

27 avqust 1856 – Klassik Ukrayna ədəbiyyatının banilərindən biri, yazıçı, şair İvan Yakovleviç Franko (1856-1916) anadan olub. Əsərləri: “Kəsişən cığırlar”, “Cəmiyyətin dirəkləri” romanları, “Oğurlanmış xoşbəxtlik”, “Zirvələrdən və düzənlərdən“ şeirlər toplusu. 

 

27 avqust 1871 –  Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser; 1871 - 28.12.1945) anadan olub. Əsərləri: “Kerri bacı”, “Cenni Gerhardt”, “Maliyyəçi”, “Titan”, “Dözümlü adam” (“Arzular trilogiyası”), “Amerika faciəsi”, “Dahi” və s. romanların müəllifidir.

 

27 avqust 1896 - Məşhur rus aktrisası, SSRİ Xalq artisti Faina Ranevskaya (Feldman, 1896-1984) anadan olub.

 

27 avqust 1899 — İngilis yazıçısı Sesil Forester (Cecil Scott Forester – Smith; 1899-1966) anadan olub. Əsərləri: “Xoşbəxt qayıdış”, “Ödəniş təxirə salınıb”, “Amerika kraliçası”. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi