“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.08.2013, 10:41
1352

14 avqust

A- A+

14 avqust 1957 – Xalq artisti, məşhur xanəndə Alim Həmzə oğlu Qasımov Şamaxıda anadan olub...

Azərbaycan

 

14 avqust 1923 – Görkəmli ədəbiyyatşünas alim, akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923 – 20.1.2006) anadan olub. “Abbas Səhhət”, “Qorki və Azərbaycan”, “XX əsr Azərbaycan tənqidi”, “Ədəbi irs və varislər”, “Azərbaycan ədəbi tənqidinin tarixi” (1986-cı ildə Respublika Dövlət Mükafatına layiq görülüb) və s. monoqrafiya və kitabların müəllifidir. 

 

14 avqust 1933 - Şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933-2010) Bakıda anadan olub. 30-dək kitabın müəllifidir. Sözlərinə "Ayrılma məndən", "Toy olsun, bayram olsun", "Əgər sevgi olmasa" və s. populyar mahnılar bəstələnib.

 

14 avqust 1940 – Yazıçı Asif Akif oğlu Əliyev (1940 - 8.9.2001) anadan olub.

 

14 avqust 1948 - Şair, nasir Qəşəm İsa oğlu İsabəyli Kürdəmirin Xəlsə kəndində doğulub. “Bir qarıyla bir qoca”, “Bir qəlbin məhəbbət etirafları” və s. kitabların müəllifidir.

 

14 avqust 1953 – Əməkdar artist Əjdər Qüdrət oğlu Həmidov Şabran rayonunun Aygünlü kəndində anadan olub. Sumqayıt Musiqili Dram Teatrında çalışıb, 1990-cı ildən Milli Dram Teatrının aktyorudur. "Kişi sözü" (Qasım), “Girişmə, öldürər!”(Əjdər), "Lətifə" (Əhməd), “Milli bomba” (Məmməd) filmlərində, “Yoxlama” teleserialında (müfəttiş) çəkilib.

 

14 avqust 1957 – Xalq artisti, məşhur xanəndə Alim Həmzə oğlu Qasımov Şamaxıda anadan olub. Opera və Balet Teatrının səhnəsində Məcnun (“Leyli və Məcnun”) və Kərəm (“Aşıq Kərəm”) partiyalarını ifa edib. Bir çox ölkələrdə konsertlərlə çıxış edərək Azərbaycan muğamını dünyaya tanıdıb. Festival və müsabiqələrin qalibi olub, UNESCO-nun musiqi mükafatını qazanıb. Azərbaycanın “Şöhrət” ordeninə (2007), mədəniyyət sahəsi üzrə Azərbaycan Dövlət Mükafatına (2010) layiq ğörülüb.

 

Dünya

 

14 avqust 1714 - Fransız rəssamı Klod Jozef Verne (Claude Joseph Vernet; 1714-1789) anadan olub.

 

14 avqust 1860 — Kanada yazıçısı, heyvanlar haqqında məşhur əsərlərin müəllifi Ernest Seton-Tompson (1860-1946) anadan olub.

 

14 avqust 1866 - Görkəmli rus yazıçısı, şair, ədəbiyyatşünas, filosof Dmitri Merejkovski (1866-1941) anadan olub. Rus ədəbiyyatında simvolizminin banilərindən biri, tarixi-fəlsəfi roman janrının yaradıcısıdır: “Xristos və Antixrist” trilogiyası və s. 1919-cu ildən mühacirətdə yaşayıb.

 

14 avqust 1867 - Məşhur ingilis yazıçısı, dramaturq və şair, ədəbiyyat üzrə Nobel mükafatı (1932) laureatı Con Qolsuorsi (John Galsworthy; 1867-1933) anadan olub. “Forsaytlar haqqında saqa” trilogiyasının, “Gümüş qutu” pyesi və s. əsərlərin müəllifidir.

 

14 avqust 1945 — Tanınmış alman rejissoru Vim Venders (Wilhelm Ernst Wenders) anadan olub. Filmləri: “Paris-Texas” (Kann kinofestivalının baş mükafatı, 1984), “Lissabon tarixi”, “Berlin üzərində səma” və s.

 

14 avqust 1963 - Fransız aktrisası Emmanuel Bear (Emmanuelle Beart) anadan olub. Filmləri: “Liftdən solda” (Pyer Rişarın iştirakı ilə komediya), “Qeyri-mümkün missiya” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi