“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.08.2013, 10:49
1545

19 avqust

A- A+

19 avqust 1912 - Xalq şairi Mirvarid Dilbazi Qazax rayonunun Musaköy kəndində anadan olub...

Azərbaycan

 

19 avqust 1901 – Görkəmli aktyor, rejissor, teatr xadimi, Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə (1901 – 11.11.1951) anadan olub. Opera və Balet Teatrında "Koroğlu", "Arşın mal alan" tamaşalarını səhnələşdirib. İlk milli baletimiz olan "Qız qalası"nın (bəstəkar - Əfrasiyab Bədəlbəyli) librettosunu yazıb. "Qız qalası", "Almaz", "Altıncı duyğu" filmlərində çəkilib.

 

19 avqust 1912 - Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (1912 – 13.7.2001) Qazax rayonunun Musaköy kəndində anadan olub. Uşaq və gənclər üçün yazdığı şeirlərlə məşhurlaşıb. "Məhəbbət", "Əlcəzairli qız", "Partizan Aliyə", "Ana ürəyi", "Məhəbbətin göz yaşları" poemalarının, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və s. kitabların müəlifidir. Nizaminin, Nəvainin (fars dilindən), eləcə də rus şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib. «İstiqlal» ordeni ilə təltif edilib.

 

19 avqust 1920 - Əməkdar incəsənət xadimi, musiqişünas, pedaqoq Lyudmila Karagiçeva-Bretanitskaya (1920-2015) Maykopda anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib və bu tədris ocağında çalışıb. Qara Qarayev, Fikrət Əmirov və digər Azərbaycan bəstəkarlarının yaradıcılığına dair elmi-tədqiqat əsərlərinin müəllifidir. 

 

19 avqust 1941 - Şair, dramaturq Camal Yusifzadə (Camal Yusif oğlu Bağırov; 1941 – 16.1.2017) Lənkəran şəhərində anadan olub. “Atlılar, qanadlılar”, “Payızdan gələnlər”, “Ümiddən keçən yol” və s. kitabların müəllifidir.

 

Dünya

 

19 avqust 1689 - İngilis yazıçısı, sentimentalizm cərəyanının banilərindən biri Semuel Riçardson (Samuel Richardson, 1689-1761) anadan olub. “Pamela”, “Klarissa”, “”Çarlz Qrandison” epistolyar romanlarının müəllifidir.

 

19 avqust 1780 - Fransız şairi Pyer Jan de Beranje (Pierre-Jean de Beranger, 1780-1857) anadan olub.

 

19 avqust 1883 - Məşhur fransız modelyeri Qabriel (Koko) Şanel (Gabrielle Bonheur Chanel, 1883-1971) anadan olub.

 

19 avqust 1909 - Tanınmış polyak yazıçısı, dissident Yeji Andjeyevski (1909-1983) anadan olub. Əsərləri: “Cənnətin qapıları”, “Qaranlıq yeri örtür”, “Kül və almaz” (həmçinin eyniadlı filmin ssenari müəllifi).

 

19 avqust 1915 - Görkəmli türk şairi, jurnalist, pedaqoq Tofiq Fikrət (24.12.1867, İstanbul - 1915) vəfat edib.

 

19 avqust 1936 - Məşhur ispan şairi və dramaturqu Federiko Qarsia Lorka (1898-1936) vəfat edib. Pyesləri: “Publika”, “Beş il keçəndən sonra”, “Qanlı toy”, “Bernarda Albanın evi”.

 

19 avqust 1951 – Tanınmış rus aktyoru Vladimir Konkin anadan olub. Filmləri: “Polad necə bərkidi”, Pavel Korçaqin, “Görüş yerini dəyişmək olmaz”, Şarapov). 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi