“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.08.2013, 10:53
1465

7 avqust

A- A+

7 avqust 1930 - Milli təsviri sənətimizin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycanın Xalq rəssamı Toğrul Fərman oğlu Nərimanbəyov Bakıda anadan olub...

Azərbaycan 

 

7 avqust 1930 - Milli təsviri sənətimizin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycanın Xalq rəssamı, dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov (1930-2.6.2013) Bakıda anadan olub. Dünyanın müxtəlif muzeylərində sərgilənən natürmort, portret, mənzərə və s. janrlarda əsərlərin, monu-mental freskaların (Bakıda Dövlət Kukla Teatrının binası) müəllifidir. Teatr və balet tamaşalarına bədii tərtibat verib. “Dədə Qorqud” filmində rəsmlərin müəllifidir, “Dantenin yubileyi” filmində epizodik rola (tamaşaçı) çəkilib. Rəssamlıqla yanaşı, vokal ifaçılığı ilə tanınıb. Parisdə vəfat edib, Passi qəbiristanlığında dəfn olunub. 

 

7 avqust 1931 - Azərbaycanın tanınmış balet artisti, baletmeyster, Xalq artisti Rəfiqə Hacı qızı Axundova anadan olub. Opera və Balet Teatrının solisti (1951-1971), 1990-cı ildən baş baletmeysteri olub. Əsas partiyaları: Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q.Qarayev), Şirin ("Məhəbbət əfsanəsi", A.Məlikov), Jizel ("Jizel", A.Adan) və s.

 

Dünya

 

7 avqust 1867 - Alman ekspressionist rəssamı Emil Nolde (Hansen; 1867-1956) anadan olub.

 

7 avqust 1876 – Məşhur holland rəqqasəsi, I Dünya müharibəsində bir sıra ölkələrin casusu kimi ad çıxaran Mata Hari (Margaretha Geertruida Zelle; 1876-1917) anadan olub. 1917-ci ildə Fransada həbs olunaraq holland-alman casusu kimi güllələnib.

 

7 avqust 1911 - Amerika aktyoru və kinorejissoru Nikolas Rey (Nicholas Ray, 1911-1979) anadan olub. “İdealsız üsyankar” filminə görə “Oskar” mükafatı alıb.

 

7 avqust 1947 - Rumın (moldovan) əsilli məşhur estrada müğənnisi, SSRİ, Ukrayna və Moldovanın Xalq artisti Sofiya Rotaru anadan olub.

 

7 avqust 1941 - Görkəmli hind yazıçısı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore; 6.5. 1861-1941) vəfat edib. Əsərləri: “Fəlakət”, “Ev və dünya”, “Vida mahnısı” romanları, “Poçt”, “Qırmızı oleandrlar” pyesləri və s.

 

7 avqust 1955 - Rus yazıçısı, ssenarist, dramaturq Vladimir Sorokin anadan olub. Əsərləri: “Növbə”, “Marinanın 13-cü məhəbbəti” romanları və s.

 

7 avqust 1960 - Amerika aktyoru Devid Duxovnı (David William Duchovny) anadan olub. «Məxfi materiallar» serialında baş rolu ilə tanınıb.

 

7 avqust 1975 – Cənubi Afrika mənşəli Amerika aktrisası Şarliz Teron (Charlize Theron) anadan olub. “Qulyabanı” filminə görə “Oskar” mükafatı alıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Redaktorun seçimi